TÜRKMƏNİSTANDA XƏZƏRYANI ÖLKƏLƏRİN HİDROMETEOROLOQLARININ 8-Cİ KONFRANSI KEÇİRİLMİŞDİR
Azərbaycanı bu tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Səhrab Şirəliyev və həmin departamentin baş mühəndisi Sahib Xəlilov təmsil etmişlər.
Sessiyada Əlaqələndirmə komitəsinin plan-proqramı çərçivəsində görülən işlər barədə milli məruzələr dinlənilmiş, gələcəkdə tədbirlər barədə qərarlar qəbul olunmuşdur.
Xəzərlə bağlı aparılan müşahidələrin və normativ metodiki sənədlərin razılaşdırılması, ölkələr arasında hidrometeoroloji məlumatların mübadiləsi, Xəzərin səviyyə dəyişmələri ilə bağlı problemlər, peyk vasitəsilə alınan məlumatlara əsasən, Xəzərə tökülən çayların mənsəbində baş verən proseslərin təhlili və s. məsələlər müzakirə edilmişdir.
İclasda Xəzərin hidrometeorologiyası və monitorinqi üzrə əməkdaşlıq sazişinin razılaşdırılması üzərində də iş getmiş, qarşıdakı 3 il üçün Əlaqələndirmə komitəsinin plan-proqramı təsdiq edilərək, işçi qruplarının yaradılması qərara alınmışdır.