Tvininq layihəsi çərçivəsində Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə təlim keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Meteoroloji və hidroloji müşahidələrin aparılması, meteoroloji proqnozların hazırlanması ilə bağlı Naxçıvan Hidrometeorologiya İdarəsinin mütəxəssislərinə təlim keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fransa, Finlandiya və Litvadan olan ekspertlər tərəfindən keçirilən təlim “Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” ikiillik tvininq layihəsi çərçivəsində təşkil olunub.
Eyni zamanda, beynəlxalq ekspertlər avtomat meteoroloji stansiyalara baxış keçirib. Gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində meteoroloji proqnozların daha dəqiq hazırlanması məqsədilə proqnoz modellərinin tətbiqinin təşkili barədə müzakirələr aparılıb.