UEFA Avropa Liqası: “Beşiktaş” “Lion”la qarşılaşmada qələbəni son dəqiqələrdə əldən verdi
Bakı, 14 aprel, AZƏRTAC
UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin də böyük maraq göstərdiyi “Beşiktaş” (Türkiyə) - “Lion” (Fransa) qarşılaşması gərgin mübarizə şəraitində keçib. On beşinci dəqiqədə hesabı açan “Beşiktaş” son dəqiqələrdə müdafiə xəttinin və qapıçının səhvi ucbatından qələbəni əldən verib. Oyunun 83-cü dəqiqəsində hesabı bərabərləşdirən “Lion” 85-ci dəqiqədə önə keçib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə) 1:1;
“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya) 2:0;
“Selta” (İspaniya) - “Genk” (Belçika) 3:2.
Cavab qarşılaşmaları aprelin 20-də keçiriləcək.