Ukrayna hökuməti əcnəbilər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirməyi planlaşdırır
Kiyev, 29 avqust, AZƏRTAC
Ukrayna Dövlət Turizmin İnkişafı Agentliyi ölkənin Mədəniyyət Nazirliyi ilə birgə əcnəbilər üçün ölkəyə giriş qaydalarının yüngülləşdirilməsi barədə qərar layihəsini işləyib hazırlayır.
AZƏRTAC Ukrayna Dövlət Turizmin İnkişafı Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “yaşıl zona” ölkələrindən (koronavirusla bağlı epidemioloji vəziyyətin nisbətən əlverişli olduğu ölkələr) turizm məqsədilə gələn əcnəbi vətəndaşların Ukraynaya girişinə icazə verilməsi təklif olunur.
Qeyd edək ki, daha əvvəl Ukrayna hökuməti COVID-19-la bağlı pisləşən vəziyyətlə əlaqədar olaraq, əcnəbilərin ölkəyə avqustun 28-dən sentyabrın 28-dək gəlişinə qadağa qoyulması barədə qərar qəbul etmişdi.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]