Ukrayna polisində çalışan qadın soydaşımızın rütbəsi artırılıb
Dnepr, 21 may, AZƏRTAC
Ukraynada hüquq-mühafizə orqanlarında çalışan soydaşımız dövlət tərəfindən mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisi polis kapitanı Karina Məmməd qızı Əliyevaya xidmətlərinə görə mayor rütbəsi verilib.
Karina Əliyeva AZƏRTAC-a bildirib ki, ona verilən qiymətə və Azərbaycanın adını uca tutduğuna görə qürurludur. “Ürəyimdə hər zaman Azərbaycan sevgisi gəzdirirəm. Təkcə bacarıqlı polis işçisi kimi yox, həm də vətənpərvər bir şəxs kimi tanınmaq vacibdir”,-deyə soydaşımız əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr