UKRAYNADA ‘SÜLH SİPƏRİ-2003’ HƏRBİ TƏLİMLƏRİ KEÇİRİLİR
İyulun 10-da Ukrayna quru qoşunlarının Qərbi operativ komandanlığının Yavorovsk ümumqoşun poliqonunda (Lvov vilayəti) briqada səviyyəsində çoxmilli sülhməramlı “Sülh sipəri-2003” adlı komanda–qərargah təlimləri başlanmışdır. AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, indiki manevrlərdə NATO-nun üzvü və tərəfdaşı olan 23 ölkədən, o cümlədən Azərbaycandan 1000-ə yaxın hərbi qulluqçu istirak edir. Təlimdə iştirak edən ölkələr Ukrayna silahlarından və hərbi texnikasından istifadə edəcəklər. Təlimlərdən məqsəd kompüter modelləşdirilməsindən istifadə etməklə sülhün müdafiəsi üzrə əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində qüvvələrin və qərargahların ümumi fəaliyyətini hazırlamaqdır. İyulun 14-də təlimlərin təntənəli açılış mərasimi olacaqdır. Tədbirə iştirakçı ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, hərbi və mülki idarələrin yüksəkvəzifəli şəxsləri dəvət edilmişlər. “Sülh sipəri-2003” manevrləri iyulun 22-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]