Ukraynadakı “Azərbaycan Diasporu” Cəmiyyətinin rəhbəri Fikrət Vəliyevdən
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi xalqımızla bərabər, Ukraynada yaşayan soydaşlarımız da böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı.
Əminik ki, Siz növbəti beş ildə Vətənimizin çiçəklənməsinə və inkişafına yeni töhfələr verməklə, bizləri mətin addımlarla yüksəlişə doğru aparmaqla xalqımıza sevinc bəxş edəcəksiniz.
Cənab Prezident, biz Vətəndən kənarda yaşasaq da daim Sizinlə qürur duyur, daxili və xarici siyasətinizi dəstəkləyirik. Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Hörmət və ehtiramla,
Fikrət Vəliyev
Ukraynadakı “Azərbaycan Diasporu”
Cəmiyyətinin rəhbəri