İDMAN
Ukraynalı güləşçi: Azərbaycanda bizim idmançılara çox yaxşı münasibət var
![Ukraynalı güləşçi: Azərbaycanda bizim idmançılara çox yaxşı münasibət var](/files/2015/2/1200x630/14345481906004231776_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Avropa Oyunlarında sərbəst güləş üzrə yarışlarda 58 kiloqram çəki dərəcəsində 2-ci yeri tutan ukraynalı Tatyana Lavrençuk Bakıdakı çıxışından çox razı qalıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən T.Lavrençuk çıxışını yüksək qiymətləndirib və Bakı haqqında təəssüratlarını bölüşərək deyib: “Ümumilikdə, bu turnirdəki çıxışımdan çox razı qaldım. Amma final görüşündə həyəcanlı olmağım məğlubiyyətimlə nəticələndi. Görünür, bu, əvvəllər belə yüksək səviyyəli yarışlarda iştirak etməməyimlə əlaqədardır. Qarşılaşma zamanı çox əsəbi idim, lakin görüşün taleyini öz lehimə çevirməyə də yaxın oldum. Çox xoşbəxtəm ki, əsas məqsədimə nail oldum və Ukraynaya Avropa Oyunlarının medalını qazandırdım”.
T.Lavrençuk birinci Avropa Oyunlarında təşkilatçılığın yüksək səviyyəsi və Bakı haqqında da məmnunluqla danışıb: “Bu Oyunların təşkili və onun tərkibində sərbəst güləş yarışlarının keçirilməsi çox xoşuma gəldi. Bu, mənim Bakıya artıq üçüncü səfərimdir. Burada ukraynalı idmançılara hər zaman çox yaxşı münasibət var”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.unian.net/sport/1090162-prizer-evroigr-lavrenchuk-ya-byila-blizka-k-tomu-chtobyi-sklonit-preimuschestvo-na-svoyu-storonu.html