Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Ağdamda 700 ədəd ağac əkilib
Ağdam, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, əvvəlcə, Quzanlı qəsəbəsində dahi rəhbər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.
Aksiya zamanı Quzanlı qəsəbəsində 700 ədəd şam, göyrüş, akasiya ağacı əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.