ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV BÜTÜN HƏYATINI VƏTƏNƏ VƏ XALQA HƏSR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, professor Eldar Zülfüqarov çıxış edərək ümummilli liderimiz, müdrik siyasi xadim Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərini vurğulamışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə özbaşınalığın, hər sahədə hərc-mərcliyin baş aılb getdiyini xatırladan rektor, xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıtdığını, bütün qüvvəsini dövlətçiliyimizə, müstəqil respublikamızın tərəqqisinə həsr etdiyini nəzərə çarpdırmışdır.
Dahi rəhbərimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan professor ümummilli liderimizin siyasi xəttinin əzmlə davam etdirildiyini vurğulamışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət sayəsində respublikamızın dinamik inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu söyləmişdir.
Digər çıxış edən natiqlər də əlamətdar tarixi gün münasibətilə müəllim və tələbələri təbrik etmiş, onlara xoş arzularını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]