ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏBƏDİYAŞAR İDEYALARI ƏZMLƏ HƏYATA KEÇİRİLİR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Ümummilli liderimiz, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Rektor 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini qeyd edərək, 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qaydışından sonra siyasi sabitliyin bərqərar olunduğunu nəzərə çarpdırmışdır.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən professor S.Qəndilov dahi rəhbərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Sonra incəsənət ustaları və tələbələr ümummilli liderimizə həsr olunmuş mahnılar ifa etmiş, şeirlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]