ULU ÖNDƏRİN YUBİLEYİ MÜNASİBƏTİLƏ İMƏCİLİK KEÇİRİLMİŞDİR
“Gənc Liderlər” Uşaq Təşkilatının və Bakı Məktəbliləri Parlamentinın (BMP) üzvləri ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə iməcilik keçirmişlər.
BMP Ekologiya Komissiyasının sədri Nərmin Əzimzadə AZƏRTAC-a bildirmişdir ki, iməcilikdə təşkilat nümayəndələri ofisin həyətində abadlıq işləri görmüş, ağacların dibini belləmiş, gül kollarını və bəzək ağaclarını suvarmışlar.
Gənclər belə tədbirləri davam etdirəcəklərini bildirmişlər.