Ulyanovskda çoxuşaqlı ailələrə dəstək göstərilib
Bakı, 15 aprel, AZƏRTAC
Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporu COVID-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində xeyriyyə aksiyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ulyanovskda fəaliyyət göstərən Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynovun sözlərinə görə, çətin şəraitdə yaşayan 14 çoxuşaqlı ailəyə vilayətin sosial müdafiə orqanları ilə birgə ərzaq yardımı göstərilib. Yerli sakinlər göstərilən köməyə görə Azərbaycan diasporuna və sosial müdafiə orqanlarının əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Diaspor rəhbəri qeyd edib ki, xeyriyyə aksiyasının davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:45]
Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [13:10]
Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir
- 05.06.2026 [12:41]