RƏSMİ XRONİKA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyev mərkəzi meydanda aparılan yenidənqurma, tikinti-quruculuq işləri ilə tanış oldu, burada quraşdırılmış gözoxşayan, musiqili, rəngli fəvvarəni seyr etdi.
Prezident İlham Əliyev Gəncə sakinlərinin istirahəti üçün yaradılmış parkı gəzdi, buradakı bulaq kompleksinin yenidən qurulub müasir görkəmə salınması barədə tövsiyələrini verdi.