Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusudur
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri GAMŞ-ın sədr müavini, Poliefir və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb.
Sonra Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra GAMŞ-ın üzvləri - Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyeva və Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədovanın Ümummilli Liderin vəfatının 22-ci ildönümünə həsr olunan çıxışları dinlənilib. Məruzəçilər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimlərindən biri olduğunu qeyd ediblər. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Bu nailiyyətlər göstərir ki, Azərbaycanın gələcəyi daha güclü, firavan və sabit bir dövlət olaraq qorunacaq, xalqımız isə hər zaman öz liderinə güvənərək inkişaf yolunda addımlamağa davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.