ÜMUMMİLLİ LİDERİMİZ ŞUŞANIN QƏDRİNİ BİLİR, ŞUŞALILARA QAYĞI GÖSTƏRİRDİ
Mayın 8-də Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 16-cı ildönümüdür. Şəhərin işğalı zamanı yüzlərlə dinc sakin həlak olmuş, yaralanmış, onlarla mülki şəxs girov götürülmüş, itkin düşmüşdür. Girov götürülənlərin bir çoxu bu günə qədər azad olunmamışdır. On altı ildir ki, 30 minə yaxın şuşalı Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı keçirir.
Şuşa rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
“Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdu gümanı...” - hər dəfə ustad Xan Şuşinskinin oxuduğu bu qədim el mahnısını eşidəndə istər-istəməz ürəyimin başı göynəyir. Xəyalən o yerlərə pərvazlanıram. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunduqdan sonra onlarla tarixi abidə, o cümlədən şəhərin əsasını qoymuş Pənahəli xanın sarayı, Cümə məscidi, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Üzeyir, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin büstləri düşmən gülləsinə tuş gəlib. Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın qəsri, Qara Böyükxanımın türbəsi, qala divarı və s.
Yeri gəlmişkən qeyd edim ki, ulu öndərimiz Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə - ötən əsrin 70-ci illərində abidələr şəhərinin qayğısına qalırdı. Məhz onun sayəsində burada kurort kompleksinin inkişaf etdirilməsi, Şuşanın qoruq şəhəri elan edilməsi haqqında qərarlar qəbul edilmişdi. Şuşa ümumittifaq kurort şəhərinə çevrilmişdi. Respublikanın rəhbəri özü də dağlar şəhərinə gəlməyi xoşlayırdı. Onun hər gəlişi mədəniyyət bayramına çevrilirdi. Bu səfərlər çərçivəsində poeziya bayramları keçirilir, şəhərdə müxtəlif yeni obyektlər açılırdı. M.P.Vaqifin əzəmətli məqbərəsi, Poeziya evi və s. həmin səfərləri xatırladan yadigarlardır. Qeyd edim ki, şöbədə həmin səfərlər zamanı çəkilmiş fotoşəkillərdən ibarət sərgi açmışıq.
Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və drijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır. Tanınmış yazıçılar - Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasim bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşlar. Ulu öndər onların xatirələrinin əbədiləşdirilməsi üçün çox iş görmüşdür.
Bir sözlə, ümummilli liderimiz Şuşanın qədrini bilir, şuşalılara qayğı göstərirdi. Bu gün şuşalılar həmin qayğını ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər. Böyükdən-kiçiyə hamımız inanırıq ki, Prezidentimizin yeritdiyi məqsədyönlü siyasət öz bəhrəsini verəcək, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid vermiş doğma şəhərimiz erməni işğalından azad ediləcək, biz yenidən öz yurdumuza qayıdacağıq. Əminik ki, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq Xanın səsi, Qarabağın şikəstəsi...
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
- 07.06.2026 [23:38]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 07.06.2026 [20:12]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [19:35]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:30]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:40]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [18:34]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [18:05]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:43]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [17:28]
Qusarda gənc voleybolçuların seçimi aparılıb
- 07.06.2026 [16:32]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [16:23]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [16:05]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [15:25]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [15:01]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:54]
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb
- 07.06.2026 [13:38]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [13:16]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 07.06.2026 [13:10]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:29]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [12:21]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [12:00]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:54]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
- 07.06.2026 [11:44]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:41]
Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək
- 07.06.2026 [11:29]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
- 07.06.2026 [11:14]
Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb
- 07.06.2026 [10:57]
Ermənistanda parlament seçkiləri keçirilir
- 07.06.2026 [09:54]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [09:02]
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
- 07.06.2026 [09:00]
Dünya birjalarında neft ucuzlaşıb
- 07.06.2026 [08:56]
Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb
- 07.06.2026 [05:22]
Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub
- 07.06.2026 [02:09]
Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb
- 07.06.2026 [01:21]