Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-da “dəyirmi masa”: Azərbaycan həqiqətən əsl sivilizasiyalararası dialoq nümunəsidir

Bakı, 16 dekabr, AZƏRTAC

Parisdə, UNESCO-nun qərargahında Azərbaycanın bu təşkilatdakı nümayəndəliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) iştirakı ilə “Azərbaycan multikulturalizminin əhəmiyyəti və uğurlu modeli” mövzusunda “dəyirmi masa” tədbiri keçirilib.

Tədbirdə UNESCO-nun Katibliyinin məsul əməkdaşları, bu təşkilatın nəzdində akkreditə edilmiş xarici nümayəndəliklərin rəhbərləri, diplomatik korpusun üzvləri, habelə Fransa ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar dünyanın müxtəlif regionlarında millətlərarası və dinlərarası çəkişmələrin kəskinləşməsi nəticəsində yaranan gərginliyi azaltmaq naminə cəmiyyətdə multikulturalizm dəyərlərinin bərqərar olması problemlərinə dair geniş fikir mübadiləsi aparıblar.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov qeyd edib ki, UNESCO tolerantlıq və multikulturalizm dəyərlərinə böyük diqqət yetirir. Səfir Anar Kərimov deyib: “Məhz bu səbəbdən biz bugünkü konfransı UNESCO-nun qərargahında keçirməyi qərara aldıq. Ekstremizmin, radikalizmin, ayrı-seçkiliyin, dini və etnik dözümsüzlüyün, antisemitizm və islamofobiyanın tüğyan etdiyi bugünkü dünyada biz multikulturalizm sahəsində öz müsbət təcrübəmizi nümayiş etdirmək istəyirik. Azərbaycan multikulturalizm siyasətinə xüsusi əhəmiyyət verir, bu sahədə ölkəmizin təcrübəsi var. Bizdə bir sıra xalqların və konfessiyaların nümayəndələri əsrlər boyu doğma ailə kimi birgə yaşayır. Biz dünya birliyinə Azərbaycanın məhz bu müsbət fenomeni modelini təqdim edirik”.

BBMM-in baş müşaviri Aytən Qəhrəman millətlərarası və dinlərarası münasibətlərin səmərəli tənzimlənməsinin vacibliyi barədə söhbət açaraq qeyd edib ki, Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə həmişə sadiq olub. Bu, həm ölkəmizin titul millətinin, həm də əsrlər boyu bu qədim diyarda yaşayan bütün milli və konfessional qrupların ovqatına uyğundur.

Aytən Qəhrəman vurğulayıb: “Başa çatmaqda olan 2016-cı il Azərbaycanda ona görə “Multikulturalizm ili” elan edilib ki, cəmiyyətdə münasibətlər məhz etimad və qarşılıqlı hörmət kimi mühüm əxlaqi-etnik dayaqlara əsaslanır. Azərbaycanın milli təcrübəsi təsdiq edib ki, mədəni və humanitar sahədə hərtərəfli düşünülmüş əlaqələr etimada əsaslanan münasibətlər platformasının möhkəmlənməsinə üzvi şəkildə kömək edir. Mənəvi yaxınlıq amili isə qarşılıqlı cazibə üçün əlverişli imkanlar yaradır”.

“Dəyirmi masa”nın işində iştirak edən BBMM-in İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Azərbaycanın yəhudi icmasının həyatı nümunəsində tarixi Azərbaycan reallıqları barədə yaxşı məlumata malik olan bir şəxs kimi, müsəlmanların, yəhudilərin və xristianların dinc yanaşı yaşaması üzrə unikal təcrübəni sənədli materiallar əsasında Avropa auditoriyasına təqdim edib və bildirib ki, bu təcrübə bütün dünyada geniş təbliğ edilməlidir.

Arye Qut deyib: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və indi də belədir. Qədim Azərbaycan torpağında yəhudi dini və İslam, atəşpərəstlik və xristianlıq birgə mövcud olub. Bu diyar indi də tolerantlığa və dini dözümlülüyə meylini nümayiş etdirir. Ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada heç vaxt özlərini əcnəbilər kimi hiss etməyiblər”.

Arye Qut sənədli təqdimat çərçivəsində “dəyirmi masa” iştirakçılarının diqqətini bir fakta cəlb edib ki, Ermənistanla silahlı münaqişəyə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, Odlar diyarı sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı qəddar dünyamızda Azərbaycan bütün konfessiyaların sülh şəraitində birgə yaşadığı sabitlik, əmin-amanlıq və sabitlik adasıdır. Azərbaycan bütün dünyaya aydın şəkildə göstərir ki, o, tolerantlıq və multikulturalizm siyasəti yürüdür, bunlar Azərbaycan cəmiyyətinin həyat tərzidir və əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə qürur hissi keçirir”.

Arye Qut deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə İsrailin hüdudlarından kənarda dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə və nadir məkandır. Bu, həqiqətən Azərbaycanın fəxridir. Qırmızı Qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların - müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların birlikdə sülh şəraitində yaşaya və bir-birinə hörmət edə biləcəyini göstərən real həqiqi nümunə var”.

Qutun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev, sözün həqiqi mənasında, Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına diqqətli, həssas və səmimi münasibət bəsləyir. İsrailli ekspert Arye Qut çıxışının sonunda deyib: “Bu gün artıq faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası kimi sıx və səmimi münasibətləri yoxdur. Bir neçə il bundan əvvəl Bakının mərkəzində iki yeni sinaqoq və bütün Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Yəhudilər və azərbaycanlılar bu ölkədə əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ümumi tarix bağlayır. Azərbaycan, sözün həqiqi mənasında, əsl sivilizasiyalararası dialoq nümunəsidir. Mənə daha bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi - göstərin ki, orada Prezidentin himayəsi ilə iki sinaqoq və yəhudi təhsil mərkəzi tikilmiş olsun. Düşünürəm ki, siz başqa belə bir ölkə tapa bilməyəcəksiniz”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib