UŞAQ MUSİQİ FESTİVALININ YEKUN KONSERTİ
Festivalın təşkilat komitəsinin sədri, BMA-nın rektoru, xalq artisti professor Fərhad Bədəlbəyli, ixtisaslar üzrə münsiflər heyətinin sədrləri - xalq artistləri Xuraman Qasımova, Azər Rzayev, Ramiz Quliyev, məktəb-studiyanın direktoru Tərlan Seyidov üç yaş qrupunda ( 8-12, 13-15, 16-18), beş ixtisas – fortepiano və bəstəkarlıq, xalq çalğı alətləri və xanəndəlik, simli alətlər, nəfəs və zərb alətləri, vokal üzrə keçirilmiş müsabiqənin gənc istedadların həyatında böyük əhəmiyyət kəsb etdiyini, festivalın onların sənətdə inkişafına təkan verəcəyini bildirmiş, qaliblərin gələcəkdə beynəlxalq müsabiqələrdə iştirakının vacibliyindən danışmışlar.
Çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara qayğısını əsirgəməyəcəyini xüsusi vurğulamışlar.
Sonra hər yaş qrupu və ixtisas üzrə I-IV yerləri tutmuş gənc ifaçılara mükafatlar təqdim olunmuşdur.
Mərasim müsabiqə qaliblərinin konserti ilə başa çatmışdır.