Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən “Star of the Rome” (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, balaca pianoçu Balis Dvarionasın “Prelüdiya”sını ifa edərək laureat adına layiq görülüb.
Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.