Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Abşeron Milli Parkında tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
Uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək, onlara yaddaqalan həftəsonu təşkil etmək məqsədilə bazar günü Abşeron Milli Parkında mavi səma altında çərpələng uçurma yarışı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə uşaqlar dəniz sahilində çərpələnglər uçurub, qum oyunları ilə əylənib.
Qeyd edək ki, milli parka gələn ziyarətçilər açıq havada dəniz sahilində maraqlı həftəsonu keçiriblər.