UŞAQLARIN PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, “İrşad” hotelində keçirilən yekun tədbirində iştirak edən Nazirlər Kabinetinin, nazirliklərin, dövlət komitələrinin nümayəndələri uşaq problemləri mövzusunda məruzələrinə görə Stokholm Universitetinin əməkdaşı Tor Svendsenə təşəkkürlərini bildirmiş, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial rifahı istiqamətində atılan addımlardan danışmışlar. Natiqlər Prezident İlham Əliyevin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” ilə əlaqədar vəzifələrin həyata keçirilməsində beynəlxalq təklilatlarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini, respublikamızdakı bütün müvafiq təşkilatların səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışlar.
Proqramın imzalanmasından keçən yeddi ay ərzində müxtəlif qurumların nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının gördüyü işlər diqqətə çatdırılmış, yaxından əməkdaşlıq üçün UNİCEF rəhbərliyinə minnətdarlıq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]