ÜST: Suçiçəyinə qarşı peyvənd meymunçiçəyinə də yüksək təsir gücünə malikdir
Cenevrə, 12 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, suçiçəyinə qarşı istifadə edilən peyvənd meymunçiçəyi infeksiyasına qarşı mübarizədə 85 faiz effektiv təsirə malikdir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum bu məlumatı elmi tədqiqatların nəticələri əsasında elan edib. Qeyd edilib ki, suçiçəyinə qarşı peyvəndin mütəmadi tətbiqi 1980-ci ildə dayandırılıb və buna səbəb virusun kökünün kəsilməsinin elanı olub.
ÜST tərəfindən açıqlanıb ki, bu ilin may ayından başlayaraq Afrikadan kənarda rastlanan meymunçiçəyinə yoluxma hallarının heç biri ölümlə nəticələnməyib. Yoluxanların 90 faizi xəstəlikdən tam şəkildə sağalıb.
İndiyədək meymunçiçəyinə yoluxma halları dünyanın 28 ölkəsində aşkarlanıb (1300-ə yaxın yoluxma halı). Afrikada bu virus onillərdən bəri məlumdur və bu ilin əvvəlindən etibarən səkkiz Afrika ölkəsində ümumilikdə 1500 yoluxma və 72 ölüm halı qeydə alınıb.
Beynəlxalq qurum virusun bütün dünya üzrə yayılma ehtimalını cüzi hesab edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]