“Uzbekneftegaz” şirkətinin əməkdaşları SOCAR-da təcrübə mübadiləsində iştirak ediblər
Bakı, 4 oktyabr, AZƏRTAC
SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanan “Yol xəritəsi”nə uyğun olaraq, sentyabrın 26-29 tarixlərində “Uzbekneftegaz” şirkətinin 10 əməkdaşı ölkəmizdə səfərdə olub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “Uzbekneftegaz” şirkətinin əməkdaşları müxtəlif istiqamətlər üzrə SOCAR-ın müəssisə və təşkilatlarında təcrübə mübadiləsində iştirak ediblər.