Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir Hacıbəylini Naxçıvana bağlayan amillər – araşdırma yazı

Üzeyir Hacıbəylini Naxçıvana bağlayan amillər – araşdırma yazı

Naxçıvan, 18 sentyabr, Nail Əsgərov, AZƏRTAC

Milli musiqimizin rəmzinə çevrilən, həmişəyaşar əsərləri ilə könüllərdə taxt quran, musiqiçi nəsillər yetişdirən bir düha vardır ki, onun adı çəkiləndə yaddaşlarda Naxçıvan və Şuşa - iki qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə xas dilbər guşə eyni anda canlanır. 1937-ci ildə birinci çağırış, 1946-cı ildə isə ikinci çağırış SSRİ Ali Sovetinə Naxçıvandan deputat seçilən, 1926-cı ildə ilk Azərbaycan xorunu, 1931-ci ildə isə Azərbaycan xalq çalğı alətləri orkestrini yaradan Üzeyir Hacıbəylidən gedir söhbət. Hər il dahi bəstəkarın doğum günü - sentyabrın 18-i həm də Milli Musiqi Günü kimi qeyd olunur, bu münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər təşkil olunur. Bu gündən etibarən sentyabrın 28-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı görkəmli sənət xadiminin həyat və fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı Naxçıvan şəhərindəki Dövlət Arxiv İdarəsi və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kiçik araşdırma aparıb. Araşdırma yazını təqdim edirik:

“Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməsi idi”

Ötən əsrin 40-50-ci illərinə aid sənəd və kitablara nəzər salanda məlum olur ki, dahi bəstəkarı Naxçıvanla bağlayan ilk məqam qardaşı Zülfüqar Hacıbəyоvun 1910-cu ildə Naxçıvan teatrı ilə əlaqəsi olub. Belə ki, tanınmış bəstəkar Zülfüqar Hacıbəyov həmin ildə ilk dəfə Mirzəağa Əliyev, Göyərçin xanım və digər sənətkarlarla birlikdə Naxçıvana gəlib, 1911-ci ildə yerli truppa üzvlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “О оlmasın, bu оlsun”, “Ər və arvad” və özünün “Əlli yaşında cavan” əsərlərini tamaşaya hazırlayıb. Naxçıvanda xeyli sayda gənc istedadlı musiqiçi ilə tanışlığı, bir sıra mütəfəkkirlərlə əlaqələri Zülfüqar Hacıbəyovu 1910-1912-ci illərdə burada yaşayıb-yaratmağa sövq edib. “Evliykən subay” musiqili kоmediyasını Naxçıvanda оlarkən yazıb, əsər 1912-ci ilin mart ayında buradakı Dram Teatrının səhnəsində tamaşaya qоyulub. Bəstəkar bu illərdə Naxçıvanda Şərq musiqisindən ibarət yığıncaqlar təşkil edir, dram dərnəyi üzvlərinin musiqi təliminə də xüsusi diqqət yetirir, ifaçıların zövqünün inkişafına çalışır. Naxçıvanın ədiblər, sənətkarlar diyarı olması, buranın musiqi mühiti, gənc istedadları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi ilə dostluq və yaradıcılıq əlaqəsi dahi sənətkarı Naxçıvana bağlayan mühüm amillərdir. Musiqi dahisinin həyatının bütün məqamlarına nəzər yetirdikcə Məmməd Səid Ordubadinin “Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə il ərzində fikrimin yanlış olduğunu anladım. Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi” - sözlərinə haqq qazandırmamaq mümkün deyil.

Üzeyir bəy bəstəkar Məmməd Məmmədovun, Xalq şairi İslam Səfərlinin və başqalarının təhsil almasında böyük rol oynayıb

Naxçıvanda ilk musiqi məktəbinin açılmasında (Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədrinin 23 avqust 1937-ci il tarixli qərarı ilə) böyük xidmətləri olan, məktəbə piano hədiyyə edən Üzeyir Hacıbəyli ölməz sənətkarlıq keyfiyyətləri ilə yanaşı, həm də nümunəvi yoldaş, qayğıkeş insan, fədakar vətəndaş kimi naxçıvanlıların qəlbində yer tutmağı bacarıb. 1937-ci və 1946-cı illərdə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilən dünyaşöhrətli bəstəkar xalqın rifahı, xoşbəxtliyi, Naxçıvan və naxçıvanlıların mənafeyini qorumaq naminə var qüvvəsi ilə çalışıb. Naxçıvan zəhmətkeşlərinin “Şərq qapısı” qəzetinin 1945-ci il 21 sentyabr nömrəsində işıq üzü görən akademik Üzeyir Hacıbəylinin anadan olmasının 60, musiqi fəaliyyətinin 40 illiyi ilə bağlı ona ünvanladığı məktubda da insanların dahi sənətkarın fəaliyyətindən razılıq, sənətinə sevgisi açıq şəkildə ifadə edilir: “Sizin şəxsinizdə bizim musiqimiz bütün sovet xalqları içərisində səslənməkdədir. Bunun əsl səbəbi ondan ibarətdir ki, siz yaradıcılığınız boyu xalqdan ayrılmamısınız. Siz xalqın arzu və istəklərini, onun şadlığını və qəlb acılarını incə və zəngin musiqinizdə əks etdirmisiniz”.

Deputat olduğu 11 il ərzində Naxçıvanda musiqi məktəblərinin, kollektivlərinin təşkilində, peşəkar kadrların yetişdirilməsində müstəsna rol oynayan dahi Üzeyir Hacıbəylinin diyarın iqtisadi, mədəni, sosial-ictimai həyatının yüksəlməsinə töhfəsi danılmazdır. Mütəmadi olaraq Naxçıvana gələrək sakinlərlə görüşər, onların arzularının gerçəkləşməsini təmin edərdi. Naxçıvanlılardan bəstəkar Məmməd Məmmədovun, sevimli Xalq şairimiz İslam Səfərlinin və başqalarının təhsil almasında böyük pay sahibi olub. Üzeyirşünas Səadət Qarabağlı yazılarının birində dünyaşöhrətli bəstəkarın köməkçisi professor Ramazan Xəlilovun xatirələrini paylaşır: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz orada “Qonaq evi”ndə qalırdıq. Bir gün “Qonaq evi”nə əsgər paltarında cavan oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu və şeirləri bəyəndiyini söylədi. Gənc oğlana Bakıya getməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya getmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gəncə pul verim. Mən də zərfə 500 manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi”. Çox keçmir ki, İslam Səfərli Bakıya birbaşa Üzeyir Hacıbəylinin yanına gedir. Görkəmli bəstəkar onu mehribanlıqla qarşılayır. Elə oradaca İslam Səfərlinin yanında Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə telefonla zəng edir və istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtardığına baxmayaraq, A.Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmayıb...

“Şərur” xalq yallı ansamblı Almaniyada keçirilən festivalın qalibi olur

“Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir”, – deyən Üzeyir Hacıbəyli “Şərur” yallılarına yüksək qiymət verib, bu milli dəyərimizin qorunub yaşadılmasının vacibliyini ön plana çəkib. Ölməz musiqi xadiminin uzaqgörən düşüncələri 1929-cu ildə yaradılan, yallıların qorunmasında, yaşadılmasında və təbliğində əvəzsiz rolu olan “Şərur” xalq yallı ansamblının fəaliyyətində də öz təsdiqini tapıb. 1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən beynəlxalq folklor festivalına bu ansamblı hazırlayan Xalq artisti Əminə Dilbazinin xatirələri də belə qənaətə gəlməyə əsas verir: “Moskvadan xəbər gəldi ki, Berlində Ümumdünya folklor festivalı olacaq. Məni çağırıb dedilər ki, bəs, sən nə məsləhət görürsən. Moskvanı Almaniyada kim təslim edəcək, kimi aparaq. Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvan torpağında – Şərurdadır. Düzdür, Azərbaycanın bir çox yerində yallı mövcuddur. Ancaq Şərur torpağı yallının beşiyidir. Az olubmu bizim yallıları, rəqslərimizi öz adlarına çıxanlar? Ona görə də biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə möhürü olsun. Bu, Şərur yallısı idi ki, xalqın, Azərbaycanın möhürü üstündədir”. Beləcə yüksək səviyyədə hazırlaşan “Şərur” xalq yallı ansamblı uğurlu çıxışı ilə festivalda birinci yeri tutur, kollektivə Berlinin rəmzi sayılan balta hədiyyə edilir.

Dahi bəstəkara, onun yaradıcılığına dövlət səviyyəsində verilən qiymət

Ümummilli Lider Heydər Əliyev də görkəmli bəstəkarın sənət dünyasını, musiqimizin yaşadılması, mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi misilsiz işləri yüksək qiymətləndirib: “Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik”. Bu sözlər dahi bəstəkara, onun yaradıcılığına dövlət səviyyəsində verilən qiymətin bir göstəricisidir. Elə bu gün də Üzeyir Hacıbəyli yaradıcılığı yaşadılır. Hər il sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunması da bunun təzahürüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu gün milli musiqimiz geniş şəkildə təbliğ olunur, Üzeyir Hacıbəylinin irsi qorunaraq yaşadılır.

Sənətkarın yaratdığı, görkəmli bəstəkar və musiqiçilər Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Kamal Əhmədov, Nazim Kazımov, Adıgözəl Əliyev və digər məzunları ilə musiqi mədəniyyəti tariximizdə silinməz iz buraxan Naxçıvan şəhərindəki 1 nömrəli uşaq musiqi məktəbi bu gün öz nümunəvi fəaliyyəti ilə seçilir. Üzeyir Hacıbəylinin məktəbə hədiyyə etdiyi piano da ən əziz yadigar, dəyərli xatirə olaraq göz bəbəyi kimi qorunur. Bir sözlə, dahi sənətkarın mədəni irsi milli musiqimizin timsalında yaşayır, yaşadılır, bu dəyərli miras yeni musiqiçi nəsillərin yetişdirilməsində əvəzsiz rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO