Varşavanın “Şopen” Beynəlxalq Aeroportunda qarşılanma
Varşava, 28 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Polşa Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısını Varşavanın “Şopen” Beynəlxalq Aeroportunda Polşanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri qarşıladılar.