Vəkillər Kollegiyasının üzvü İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü seçilib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hüseyn Əliyev İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solisitor) seçilib.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq qərar İngiltərə və Uels Hüquq Cəmiyyəti tərəfindən cari il aprelin 23-də qəbul olunub.
Qeyd edək ki, Hüseyn Əliyev 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, 2009-cu ildə Girnə Amerikan Universitetində Biznesin təşkili ixtisası üzrə magistratura pilləsini bitirib. Daha sonra 2012-ci ildə Amerika Birləşmiş Ştatlarının Tuleyn Universitetində Muskie təqaüd proqramı çərçivəsində Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Onun Azərbaycanda 15 ilə yaxın peşəkar iş təcrübəsi var. Müxtəlif şirkətlərdə fəaliyyət göstərdiyi dövrdə Bakı Dövlət Universitetində və Xəzər Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Hüseyn Əliyev 2021-ci ilin dekabr ayından etibarən Vəkillər Kollegiyasının üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:49]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]