VERGİLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI UKRAYNA ALİ MƏKTƏBİNİN BAKIDA QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN FİLİALINI AŞKARA ÇIXARMIŞLAR
Filial qanunsuz və lisenziyasız fəaliyyət göstərir, burada təxminən 35 professor və müəllim heyəti çalışır, 300-dək tələbə təhsil alır. Filialın qanunsuz fəaliyyəti vergi orqanları əməkdaşlarının müsadirə etdikləri mühasibat hesabatlarından və digər sənədlərdən də məlum olur. İlkin hesablamalardan məlum olmuşdur ki, filialın direktorunun köməkçisi Nuridə İsgəndərova son iki ildə 1 milyard manat (AZM) təhsil haqqı yığmışdır.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyinə və Təhsil Nazirliyinin lisenziyası olmadan fəaliyyət göstərdiyinə baxmayaraq, filialın müvafiq sənədləri təsdiq etmək üçün qanunsuz yolla möhürü hazırlanmışdır. Həmin möhür vurulmuş arayışlar əsasında tələbələr hərbi xidmətə çağırışdan azad edilirdilər.
Departamentin əməkdaşları filialın işinin yoxlanılmasını davam etdirirlər.