Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib
Bakı, 10 avqust, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, uşaqlar bələdçilərin müşayiəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.
Balaca ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.