VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları Sabirabad rayon sakini Abuş Babayevdən 487 qram marixuana götürmüşlər.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci bölməsinin əməkdaşları Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Adiyar Qasımovun idarə etdiyi “Moskviç” markalı avtomaşına baxış zamanı 1,12 qram həşiş, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Quliyevdən 0,335 qram, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini Etibar Məmmədovdan 0,257 qram, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Elman Haqverdiyevdən 0,08 qram heroin aşkar edərək götürmüşlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]