SİYASƏT
VLADİMİR PUTİNİN ÖZBƏKİSTANA İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Səmərqənddə aparılmış danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərə verilmişdir. Liderlər hökumətlərarası komissiyanın tərkibinin təzələnməsi barədə razılığa gəlmişlər. Komissiyaya Özbəkistan tərəfindən ölkənin baş naziri Utkir Sultanov, Rusiya tərəfindən isə hökümət sədrinin müavini Boris Alyoşin başçılıq edəcəklər.
Qaz sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilmiş, birbaşa ticarət əlaqələrinin yaradılmasının zəruriliyindən də söhbət getmişdir. RF prezidenti Rusiyanın üçüncü ölkə vasitəsilə deyil, bilavasitə Özbəkistandan pambıq almağa hazır olduğunu bildirmişdir.
İkitərəfli münasibətlərlə yanaşı, MDB çərçivəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunmuşdur. İraqda, digər “qaynar nöqtələrdə” vəziyyət barədə fikir mübadiləsi aparılmış, Əfqanıstandakı vəziyyət xüsusilə daha ətraflı müzakirə edilmişdir.