Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Bakı, 5 avqust, AZƏRTAC

Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandığı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya əsaslanaraq genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır: “Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə söyləməyə əsas verir. 2003-cü ildən bəri enerji sektorundan asılılığın minimuma endirilməsi prioritet məsələ kimi öndə saxlanıldı. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri günümüzün reallıqlarında öz əksini tapır. Belə ki, regionların inkişafı öz prioritetliyini qorudu. Dövlətimizin başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanışlıq, eyni zamanda, vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq məqsədilə bölgələrə davamlı səfərləri, hər bir səfərin yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması bir daha bu reallığı təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxmaq üçün malik olduğu inkişaf modelinin nümunəviliyini bir daha dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəllərində bu əminliyi ifadə etmişdir ki, 2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü kimi yadda qalacaq”.

Diqqəti pandemiya dövründə məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə yönəldən V.Rəhimzadə qeyd edib ki, bu müddətdə dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı sosial yardım alan ailələrin sayının artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan vətəndaşların sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.

“Qeyd etdiyimiz kimi, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən Azərbaycan ən böyük iqtisadi dəstək proqramını - pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlayıb, icrasına start verməklə bir daha iqtisadi və sosial imkanlarını təqdim etdi”, - söyləyən V.Rəhimzadə vurğulayıb ki, son 16 ildən artıq dövrün sosial-iqtisadi göstəriciləri Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasının aydın mənzərəsini yaradır: “2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın hansı nəticələrlə çıxdığını yada salmaq kifayətdir. Həmin illərdə ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bunu şərtləndirən əsas amil isə yenə də iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması idi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu nailiyyətlər dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının, insan amilinə verilən dəyərin, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasının nəticəsidir”.

V.Rəhimzadə bildirib ki, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu: “Bu məqsədlə işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı həyata keçirilib. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimizin tapşırıqları məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətlərdə əldə ediləcək nəticələr cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin 2020-ci illə bağlı nikbin fikirlərinin reallıqda təsdiqi olacaq”.

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılıb və hazırda atılmaqdadır: “Pandemiya dövründə “ASAN xidmət”, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi də diqqətdən kənarda qalmır. Əsas məqsəd insanların sosial müdafiəsini gücləndirmək, rahatlıqlarını təmin etmək, ən əsası vətəndaş məmnunluğunun artırılmasıdır. Möhtərəm Prezidentimizə ünvanlanan təşəkkür məktublarında da ölkə vətəndaşları bu məqamı xüsusi qeyd edirlər ki, atdığı hər addımında xalqını düşünən, ən çətin anlarda belə vətəndaşının yanında olan Prezidentimizə milyonların sevgisi günümüzün reallığıdır. Məhz dövlət-vətəndaş birliyinin, həmrəyliyinin möhkəmlənməsi fonunda koronavirus bəlasından uğurla çıxacaq, postpandemiya dövrü üçün hədəflənmiş məqsədlərə yüksək səviyyədə nail olacağıq. Reallıq budur ki, Azərbaycan bu çətin anlarda da sosial dövlət imicini qoruyur və bu imicə yeni əlavələr edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH