Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqdan
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Vyetnam hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizin rəhbərliyiniz ilə Azərbaycanın son illərdə əldə etdiyi əhəmiyyətli nailiyyətlər ölkənizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dostluq əlaqələri və ənənəvi əməkdaşlıq illər boyu durmadan möhkəmlənir, inkişaf edir və müxtəlif sahələrdə yeni-yeni imkanların meydana çıxmasına şərait yaradır.
Zati-aliləri cənab Prezident, Sizin Vyetnama bu yaxınlardakı dövlət səfərinizi çox yüksək qiymətləndirərək, əminliklə bildirmək istərdim ki, əldə olunmuş razılaşmaların yerinə yetirilməsi xalqlarımızın mənafeləri naminə ikitərəfli əlaqələrin dərinləşməsi, habelə sülh və beynəlxalq inkişaf üçün gözəl imkanlar açacaqdır.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycana tərəqqi, xalqınıza rifah diləyirəm.
Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Truonq Tan Sanq
Vyetnam Sosialist Respublikasının Prezidenti