Vyetnamda düyü və meyvə-tərəvəz ixracında rekord artım qeydə alınıb
Bakı, 2 noyabr, AZƏRTAC
Vyetnamda cari ilin ilk on ayı ərzində düyü və meyvə-tərəvəz ixracında rekord artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz və düyü ixracından ölkənin əldə etdiyi gəlir 8,9 milyard dollara çatıb ki, bu da 2022-ci ildə qeydə alınan göstəricidən 2 milyard dollar çoxdur. Ölkədə yetişdirilən meyvə-tərəvəz məhsullarının xaricə tədarükü 4,92 milyard dollar, düyü tədarükü isə 4 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 79 faiz və 35 faiz çoxdur.
Qeyd edək ki, aqrar-sənaye məhsulları Vyetnamın əsas ixrac istiqamətlərindən biridir. Onların arasında düyü, qəhvə, çay, ədviyyat və dəniz məhsulları üstünlük təşkil edir. Ölkə uzun müddətdir ki, dünya bazarında qara istiotun əsas ixracatçısıdır. Vyetnam, həmçinin qəhvə ixracına görə Braziliyadan sonra ikinci, düyü ixracına görə isə Hindistan və Çindən sonra üçüncü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]