Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 qlobal urbanizasiya problemlərinin həlli baxımından mühüm platformadır - ŞƏRH

WUF13 qlobal urbanizasiya problemlərinin həlli baxımından mühüm platformadır -  ŞƏRH

Bakı, 19 may, AZƏRTAC

Bakı son illərdə beynəlxalq siyasi, humanitar və qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra bu proses daha da sürətlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji siyasət nəticəsində qlobal səviyyədə narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli və etibarlı platforma formalaşıb. BMT çərçivəsində keçirilən COP29 və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda baş tutması yalnız klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Deputat qeyd edib ki, WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçının təmsil olunması tədbirə olan yüksək marağın və Bakıya göstərilən beynəlxalq etimadın göstəricisidir. Onun sözlərinə görə, paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübə Azərbaycanın artıq bu istiqamətdə qlobal mərkəzlərdən birinə çevrildiyini nümayiş etdirir.

R.Nəbiyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə ölkəmizin artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq platforması kimi qəbul olunduğunu göstərir.

Deputat bildirib ki, BMT platformalarında da “dövlət başçısı diplomatiyası”nın rolu xüsusi qeyd olunur və artıq dünya miqyasında belə bir etimad formalaşıb ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün təhlükəsiz, peşəkar və yüksək təşkilati imkanlara malik platforma təqdim etməyə qadirdir. Onun sözlərinə görə, Azərbaycan yalnız milli problemlərin həlli ilə kifayətlənmir, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və çoxtərəfli əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.

Rizvan Nəbiyev xatırladıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixi 2001-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərara gedib çıxır. Tədbirin ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib və həmin vaxtdan etibarən forum iki ildən bir təşkil olunur.

Deputat urbanizasiyanın hazırda qlobal səviyyədə ən aktual problemlərdən biri olduğunu bildirib. O qeyd edib ki, dünya əhalisinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsi nəticəsində urbanizasiya artıq sosial, iqtisadi və ekoloji çağırışlarla birbaşa əlaqələnir. Hazırda dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşadığını diqqətə çatdıran R.Nəbiyev əlavə edib ki, BMT proqnozlarına əsasən, yaxın 25 il ərzində bu göstərici 68-70 faizə çatacaq. Bu isə şəhərlərin daha çox yüklənməsi, kənd yerlərinin boşalması, ərzaq təhlükəsizliyi və təchizat zəncirində problemlərin dərinləşməsi deməkdir.

Onun sözlərinə görə, dünya üzrə ümumi daxili məhsulun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Eyni zamanda karbon emissiyalarının təxminən 70 faizi şəhərlərin payına düşür. Tikinti sektoru və tikililərin istismarı isə qlobal karbon emissiyalarının 34 faizini təşkil edir. Bu səbəbdən urbanizasiya, iqlim dəyişiklikləri, nəqliyyat, infrastruktur və dayanıqlı inkişaf məsələləri artıq bir-biri ilə sıx bağlı qlobal problemlərə çevrilib.

Deputat diqqətə çatdırıb ki, 1990–2020-ci illər ərzində şəhərlərin fiziki genişlənməsi əhali artımını üstələyib və bu, plansız urbanizasiya risklərini artırıb. Şəhərlərdə yaşıl zonaların payının azalması, daşqın risklərinin yüksəlməsi və milyonlarla insanın yaşayış yerlərini tərk etmək məcburiyyətində qalması urbanizasiyanın yaratdığı təhlükələrin miqyasını göstərir.

R.Nəbiyev bildirib ki, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində həyat sürür, 300 milyondan çox insanın daimi yaşayış yeri yoxdur, 1,1 milyard insan isə gecəqondularda yaşayır. Onun sözlərinə görə, bu problemlər yalnız mənzil məsələsi deyil, həm də səhiyyə, təhsil, sanitariya və sosial rifah sahələrində ciddi çətinliklər yaradır.

Deputat qeyd edib ki, BMT məhz bu səbəblərdən təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasını əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri də dayanıqlı şəhərlər və icmaların formalaşdırılması ilə bağlıdır.

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində fəal əməkdaşlıq aparır və milli səviyyədə müxtəlif proqramlar həyata keçirir. O bildirib ki, Azərbaycan hətta əlavə olaraq 18-ci Dayanıqlı İnkişaf Məqsədini – humanitar minatəmizləmə təşəbbüsünü də irəli sürüb. Deputatın sözlərinə görə, hazırda ölkə ərazilərinin təxminən 13 faizi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib və təhlükəsiz yaşayış mühitinin təmin olunması üçün humanitar minatəmizləmə xüsusi əhəmiyyət daşıyır.

Deputat münaqişələrin urbanizasiya və ekoloji təhlükəsizlik baxımından yaratdığı problemlərə də toxunub. O qeyd edib ki, hazırda dünyada 50-dən çox aktiv münaqişə ocağı mövcuddur və bu münaqişələr yalnız humanitar böhran yaratmır, həm də karbon emissiyalarını artıraraq iqlim dəyişikliklərinə mənfi təsir göstərir.

R.Nəbiyev bildirib ki, məcburi köçkünlük və qaçqınlıq problemi də urbanizasiya ilə birbaşa bağlıdır. Hazırda dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır və onların böyük hissəsi şəhərlərdə məskunlaşıb. Münaqişələrin davam etməsi halında isə bu rəqəmlərin daha da artacağı proqnozlaşdırılır.

Deputat Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma və məskunlaşma layihələrinin beynəlxalq səviyyədə maraq doğurduğunu bildirib. Onun sözlərinə görə, son beş ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb, 2026-cı il üçün isə əlavə 3,5 milyard manat nəzərdə tutulub. Artıq 80 minə yaxın keçmiş məcburi köçkün 40 yaşayış məntəqəsində məskunlaşıb və qarşıdakı illərdə 200-dən çox yaşayış məntəqəsinin yenidən qurulması planlaşdırılır.

R.Nəbiyev vurğulayıb ki, 30 ilə yaxın işğal dövründə dağıdılmış şəhər və kəndlərin sıfırdan, müasir və ekoloji prinsiplər əsasında yenidən qurulması Azərbaycanın formalaşdırdığı mühüm və nümunəvi təcrübədir.

Deputat sonda bildirib ki, urbanizasiya və şəhərsalma diplomatiyası artıq yalnız tikinti məsələsi deyil, təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa bağlı olan strateji istiqamətdir.

O, Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimində səsləndirdiyi fikirlərə istinad edərək qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində sürətli şəhərsalma prosesləri həyata keçirilir və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi bu sahədə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov