REGİONLAR
Xaçmazda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
![](/files/galleryphoto/2022/1/1200x630/1646561117148036063_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646561117559724645_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611171868236871_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611171039939590_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611176338626574_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646561117546517268_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611175747249043_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164656111714397815_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611173596917243_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611176278415003_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611174010011670_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611172051112089_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16465611175224112920_1200x630.jpg)
Xaçmaz, 6 mart, Elxan Yusifli, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xaçmazda təşkil olunan bayram tədbirində şəhid ailələrinin üzvləri, həmçinin müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının milli dövlət quruculuğu işində fəal iştirak etdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirib.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov, Əməkdar müəllim Mədinə Nurməmmədova və başqaları çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıblar.
Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyən şəhid anası Tükəzban Əkbərova şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarla fəxr etdiklərini deyib.
Tədbir yerli incəsənət nümayəndələrinin ifasında bayram konserti ilə davam edib.
Görüşün sonunda şəhid analarına, şəhid ailələrinin üzvlərinə, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.