Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalq artisti Rza Xudiyevin 60 illik yubileyi qeyd edilib

Xalq artisti Rza Xudiyevin 60 illik yubileyi qeyd edilib

Naxçıvan, 5 mart, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Rza Xudiyevin 60 illik yubileyi geniş şəkildə qeyd edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevə təbrik məktubunu oxuyaraq təqdim edib.

Emin Məmmədov çıxışında qeyd edib ki, Rza Xudiyev 1962-ci il martın 5-də Culfa şəhərində anadan olub. Orta təhsilini Culfa şəhərində alan Rza Xudiyevin məktəbdə oxuduğu illərdən incəsənətə, xüsusən teatr və kino sahəsinə böyük marağı olub. Məktəb tədbirlərində fəallığı, el şənliklərində həvəslə iştirakı nəticəsində aktyor olmağı, bu sənətin arxasınca getməyi qərarlaşdırıb. O, gənclik illərində də bu sənətə maraq göstərib, “Babək” filminin çəkilişlərində iştirak edib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasına qəbul olub. Tələbəlik illərində də Rza Xudiyev öz istedadını göstərib, bir sıra Azərbaycan filmlərində aktyor kimi iştirak edib. 1987-ci ildə təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib və burada aktyor kimi fəaliyyətə başlayıb. O, qısa müddətdə tamaşaçıların rəğbətini qazanmağa nail olub.

Diqqətə çatdırılıb ki, Rza Xudiyev Naxçıvan teatrında səhnələşdirilən 80-dən çox tamaşada rol alıb. O, Naxçıvana gəldiyi ilk gündən öz fəaliyyətini həm də kino sahəsində, televiziya və radioda davam etdirib, bədii verilişlərin hazırlanmasında əməyi olub. Rza Xudiyev Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti”, “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına, 3 dəfə Prezident mükafatına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. O, 2014-cü ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə həm teatr rəhbəri, həm də aktyor kimi səhnələşdirilən tamaşalarda milli-mənəvi dəyərlərimizin, tariximizin yaşadılmasına, gənc aktyorların yetişdirilməsinə öz töhfəsini verib. İnanırıq ki, Rza Xudiyev bundan sonra da zəngin ənənələrə malik olan teatr sənətinin inkişafında səmərəli fəaliyyətini davam etdirəcək, yeni-yeni tamaşaların ərsəyə gəlməsində bilik və bacarığını əsirgəməyəcək.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, muxtar respublikada teatr sənəti daim inkişaf edir və bu sənətə könül verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yubileyi yüksək səviyyədə qeyd edilən Rza Xudiyev də onlardan biridir. O, Naxçıvan teatrına verdiyi dəyərli töhfələrlə, özünəməxsus yaradıcılıq yolu ilə seçilir. Rza Xudiyev təhsil aldığı illərdə tələbə kimi bir neçə tamaşada oynayıb və ona hər bir aktyorun arzusu olan kino sənətinə yol açılıb. Belə ki, 1985-ci ildə general Həzi Aslanovun həyatından bəhs edən “Mən sizi dünyalar qədər sevirdim” filmində çəkilib. Oxuduğu illərdə müxtəlif səpkili əsərlərdə maraqlı rollar oynayıb. Bir aktyor üçün lazım olan bütün keyfiyyətləri özündə cəmləşdirən Rza müəllimin zəhməti artıq tələbəlik illərindən öz bəhrəsini verməyə başlayıb. Təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Naxçıvan teatrında aktyor kimi fəaliyyətə başladığı ilk gündən bir sıra rejissorun diqqətini çəkib və hazırlanan tamaşalarda bir-birinin ardınca əsas və baş rollarda çıxış etməyə başlayıb, qısa müddətdə tamaşaçıların rəğbətini qazanmağa nail olub. Rza Xudiyev iştirak etdiyi tamaşalarla ölkəmizin bölgələrində, o cümlədən Türkiyə Respublikasının və İran İslam Respublikasının müxtəlif şəhərlərində qastrol səfərlərində olub, ölkəmizi, muxtar respublika mədəniyyətini layiqincə təmsil edib.

Qeyd olunub ki, Rza Xudiyev özünəməxsus sənəti ilə Azərbaycan teatr aləmində sözünü demiş və uğur qazanmış aktyorlardandır. 2007-ci ildə o, Teatr Xadimləri İttifaqının “İlin ən yaxşı kişi aktyoru” kimi, Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasındakı Fərhad roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Onun yaradıcılığı və əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Rza Xudiyev aktyor olmaqla yanaşı, həm də rəhbər vəzifələrdə çalışıb. O, 2010-cu ildən 2014-cü ilə kimi teatrda direktor müavini, 2014-cü ildən bu günə kimi isə teatrın direktoru vəzifəsində çalışır.

Natəvan Qədimova çıxışının sonunda yubilyarı təbrik edib, mədəniyyətə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Əməkdar artist Tofiq Seyidov, Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Xalq artisti Şirzad Abutalıbov və yubilyarın digər sənət dostları çıxış edərək vaxtilə tanınmış sənətkarla birgə səhnədə canlandırdıqları obrazların dili ilə təbriklərini çatdırıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək yaradıcılığına göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib