Xalq artisti Vamiq Məmmədəliyev uşaq musiqi məktəbində ustad dərsi keçib
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində Xalq artisti, professor Vamiq Məmmədəliyev “Muğamın düzgün tədris edilməsi” mövzusunda ustad dərsi keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, professor Vamiq Məmmədəliyev məktəbin şagirdləri ilə “Bayatı-Şiraz” və “Şur” muğamlarının necə tədris olunmasını göstərib və sualları cavablandırıb.
Sonda məktəbin direktoru, Əməkdar müəllim Fikrət Budaqov kollektiv adından professor Vamiq Məmmədəliyevə öz təşəkkürünü bildirib.