XALQ CÜMHURİYYƏTİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 14-də Təhsil Problemləri İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir.
İnstitutun direktoru, professor Abdulla Mehrabov öz çıxışında xalqımızın əsrlər boyu həsrətində olduğu milli müstəqilliyə heç də asanlıqla nail olmamasından, bu yolda hər cür məhrumiyyətlərə dözməsindən söz açmış, ümummilli liderimiz Heydər Əliyevin müstəqilliyin qorunub saxlanması və daha da möhkəmləndirilməsində müstəsna xidmətlərini vurğulamışdır. Natiq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradıldığını qeyd edərək, cəmi 23 ay yaşamış bu dövlətin iqtisadiyyat, təhsil, mədəniyyət və s. sahələrdə gördüyü böyük işlərdən danışmışdır.
Sonra pedaqoji elmlər namizədi İntiqam Cəbrayılovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, pedaqoji elmlər namizədi Sevil Hüseynlinin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil məsələləri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, süqutu səbəblərindən söhbət açılmış, müstəqilliyimizin əbədiliyinə və dövlətimizin daim tərəqqi edəcəyinə qəti əminlik ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]