Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR

Aprelin 15-də BMT-nin İnsan hüquqları komissiyasının Cenevrədə keçirilən 58-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış etmişdir. 

X.Xələfov vurğulamışdır ki, dövlət müstəqilliyinin bərpa olunduğu vaxtdan ötən 10 il ərzində Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrdə köklü dəyişikliklər baş vermiş, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquqlarının və əsas azadlıqların qorunmasının təmin edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

O demişdir ki, Azərbaycan Respublikası ümumavropa inteqrasiya proseslərinə fəal qoşulmuşdur. Azərbaycanda demokratik hüquq qaydalarının bərqərar olunmasına yönəldilmiş xəttin ardıcıl surətdə aparılması sayəsində daxili sabitlik əldə edilmiş, demokratik əsasda prezident, parlament, bələdiyyə seçkiləri, eləcə də mühüm siyasi və iqtisadi islahatlar keçirilmiş, habelə ölkəmizin demokratik inkişafı üçün möhkəm siyasi-hüquqi zəmin yaradılmaşdır.

X.Xələfov Azərbaycanın məhkəmə-hüquq sistemində beynəlxalq standartlar və Avropa standartları nəzərə alınmaqla aparılmış islahatlara toxunaraq bildirmişdir ki, bu islahatlar məhkəmənin müstəqilliyinin, qanunun aliliyinin, hər kəsin ədalətli məhkəmə təhqiqatı hüququnu gerçəkləşdırmək məqsədi ilə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmin olunmasına xidmət edir. O vurğulamışdır ki, nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış və 2000-ci il sentyabrın 1-dən Azərbaycanda qüvvəyə minmiş yeni cinayət, cinayət-prossesual, mülki, mülki-prossesual məcəllələri, inzibati xətalar məcəlləsi və cəzaların icrası məcəlləsi ölkəmizdə hüquq siyasətinin və məhkəmə icraatının demokratikləşdirilməsi, konstitusiya ilə təminat verilən insan hüquqları və azadlıqlarının qorunması, dövlət hakimiyyətinin müstəqil orqanı kimi məhkəmənin rolunun yüksəldilməsi üçün möhkəm bünövrə yaratmışdır.

X.Xələfov Azərbaycan Respublikasının insan hüquqları sahəsində bütün əsas beynəlxalq müqavilələrə qoşulduğunu bildirərək nəzərə çarpdırmışdır ki, ölkəmiz BMT-nin müvafiq müqavilə orqanlarının insan hüquqlarının pozulmasından zərər çəkdiklərini iddia edən ayrı-ayrı şəxslərdən alınmış məlumatı qəbul etmək və ona baxmaq səlahiyyətini tanımışdır. Bu məqsədlə Azərbaycan Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında beynəlxalq pakta Fakultativ protokola və Qadınlar barəsində ayrı-seçkiliyin ləğvi haqqında konvensiyaya Fakultativ protokola qoşulmuş, habelə insan hüquqları sahəsində digər çoxsahəli vasitələrə dair bəyanatlar vermişdir.

O demişdir ki, Azərbaycan Respublikasının hökuməti insan hüquqlarının və əsas azadlıqların qorunması məsələləri ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatlarla və onların müvafiq orqan və təsisatları ilə fəal əməkdaşlıq edir. Məsələn, 1998-ci ilin iyulunda Azərbaycan Respublikasının hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə ali komissarının idarəsi arasında insan hüquqlarının qorunması üçün imkanların və infrastrukturun genişlərdirilməsində Azərbaycana texniki yardım proqramı imzalanmışdır. Hüquq-mühafizə təşkilatlarına məhbusların saxlanma şəraitinin monitorinqini keçirmək imkanı verilmişdir. 2000-ci il iyunun 1-də Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi \BQXK\ arasında saziş imzalanmışdır. Bu sazişə uyğun olaraq BQXK nümayəndələri Azərbaycan ərazisində azadlıqdan məhrumetmə yerlərində saxlanılan məhbuslarla maneəsiz görüşmək imkanına malikdirlər. Azərbaycanın Avropa Şurasina daxil olmaq üçün ərizə verdiyi vaxtdan ötən dövr ərzində qanunun aliliyinin, insan hüquqlarının və əsas azadlıqların qorunmasının təmin olunmasında və demokratik cəmiyyət qurulmasında nəzərəcarpacaq tərəqqi əldə edilmişdir və ölkəmizin bu mötəbər təşkilata tam hüquqlu üzv qəbul edilməsi də məhz həmin tərəqqinin məntiqi yekunu olmuşdur.

X.Xələfov bu gün təcavüz aktları, ərazilərin ələ keçirilməsi və etnik təmizləmələrlə müşayiət olunan təcavüzkar separatizm, ekstremizm və beynəlxalq terrorizm kimi qlobal hədələrin sülhə, təhlükəsizliyə və sabitliyə ciddi qorxu törətdiyini açıqlayaraq, demişdir ki, Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən öz ərazi bütövlüyünə və təhlükəsizliyinə qorxu ilə üzləşmişdir, o vaxt Erməistan Respublikası ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürmüş və əzəli Azərbaycan torpaqlarının qoparılmasına yönəldilmiş birtərəfli tədbirlərə əl atmışdır.

O, Ermənistan-Azərbaycan münaqişəsinin kökündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi erməni icmasının öz müqəddəratını təyin etmək istəyinin durması barədə rəsmi Yerevanın iddialarının heç bir əsası olmadığını vurğulayaraq demişdir ki, azlıqların hüquqları xalqların öz müqəddəratını təyin etmək hüquqlarından başlıca olaraq onunla fərqlənir ki, bunlar kollektiv deyil, məhz fərdi hüquqlardır və dövlətdən ayrılmaq və ya dövlətin parçalanması tələbləri üçün əsas ola bilməz.

X.Xələfov vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin təsdiqlənməsi Ermənistan Respublikasının Dağlıq Qarabağ barəsində iddiasının beynəlxalq hüquqi əsası olmadığına daha bir sübutdur.

O bildirmişdir ki, xatırlanan qətnamələrdə BMT-nin Təhlükəsizlik Şurası bu münaqişə ilə əlqədar beynəlxalq sərhədlərin pozulmazlığını, ərazi ələ keçirmək ücün zor işlədilməsinin yol verilməzliyini də təsdiqləmiş, Azərbaycan Respublikası ərazilərinin işğalını pisləmiş və işğalcı qüvvələrin zəbt olunmuş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.

X.Xələfov demişdir ki, BMT Təhlükəsizlik Şurasının birmənalı tələblərinə baxmayaraq, Ermənistan buna məhəl qoymur, Azərbaycan ərazisinin təxminən 20 faizi hələ də işğal altında qalmaqdadır. Bu ərazidə tam etnik təmizləmə aparılmış, bir nəfər də azərbaycanlı qalmamışdır. Nəticədə indi Azərbaycanda 1 milyon nəfərədək qaçqın və köçkün var. Azərbaycana qarşı təcavüzün gedişində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozduğu, Azərbaycanın dinc vətəndaşlarının, girovların və hərbi əsirlərin məhkəməsiz edam olunmalarına və kütləvi surətdə güllələnməsinə, işgəncələrə və digər qəddar, insanlıqdan kənar rəftar və cəzalara məruz qalmalarına dair çoxsaylı faktlar qeydə alınmışdır.

O, təəssüflə vurğulamışdır ki, münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün Azərbaycan tərəfinin göstərdiyi səylər Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşir. Öz ərazisini qonşu dövlətlərin torpaqları hesabına genişləndirməyin mümkünlüyü barədə xam xəyallara qapılan Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini və ya Azərbaycanın bu parçasının Ermənistana birləşdirilməsini tələb edir.

X.Xələfov bir daha nəzərə çarpdırmışdır ki, münaqişələrin həlli ilk növbədə dövlətin ərazi bütövlüyünün bərpasına, onun suverenliyinə sözsüz əməl edilməsinə, beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına, habelə insanın, o cümlədən milli azlıqlara mənsub şəxslərin hüquqlarının və əsas azadlıqlarının qorunmasına və təşfiqinə əsaslanmalıdır.

O, çıxışının sonunda beynəlxalq terrorizmlə mübarizə probleminə toxunaraq, Azərbaycan hökumətinin beynəlxalq birliyin bu istiqamətdə səylərini, əvvəllər olduğu kimi, yenə də tam dəstəklədiyini və siyasi, iqtisadi, dini və başqa məqsədlərdən asılı olmayaraq terrorizmin bütün formalarını və təzahürlərini birmənalı şəkildə pisləmək mövqeyi tutduğunu vurğulayaraq bildirmişdir ki, terrorizm təcavüzkar separatizmlə, mütəşəkkil cinayətklarlıqla, narkobizneslə, silah və adam alveri ilə sıx bağlıdır. Münaqişə zonalarının, xüsusən işğal edilmiş və nəzarətsiz ərazilərin olması terrorçu və cinayətkar qruplaşmaların əl-qol açmasına əlverişli imkan yaradır. O xatırlatmışdır ki, 1980-ci illərin axırlarından, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını açıq surətdə irəli sürməyə başladığı vaxtdan bəri erməni terrorçuları ölkəmizin ərazisində dəfələrlə terror aktları törətmişlər, cinayətkar əməllərinə görə başqa ölkələrdə məhkəmələr tərəfindən məhkum olunmuş bəzi erməni terrorçuları isə Ermənistanın siyasi mühitində dəstəklənirlər.

X.Xələfov silahlı münaqişə nəticəsində itkin düşənlər haqqında məsələyə dair qətnamə layihəsi təqdim etmək niyyətində olduğunu bildirmiş və demişdir ki, Azərbaycan BMT-nin bu qurumu çərçivəsində səmərəli əməkdaşlığa tərəfdardır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur