XARİCİ MƏTBUAT SƏHİFƏSİNDƏ AKADEMİKİN MƏQALƏSİ ANKARADA DƏRC OLUNMUŞDUR
Ankarada nəşr olunan “Türk dili və ədəbiyyatı” jurnalının 2003-cü il 15-ci sayında Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Elmlər Akademiyasının akademiki İsa Həbibbəylinin “Əlibəy Hüseynzadənin türkoloji baxışları” adlı məqaləsi dərc edilmişdir. Məqalədə görkəmli alim, mütəfəkkir, “Füyuzat” jurnalının redaktoru, şair-tərcüməçi Əlibəy Hüseynzadənin türkçülük sahəsindəki fəaliyyətindən və türkoloji baxışlarından bəhs olunur.
Məqaləni Anadolu türkcəsinə Muğla Universitetinin dosenti Əli Abbas
Çinar çevirmişdir.