Xarici müəssisələr tərəfindən əsas kapitala 1386,5 milyon manat vəsait yönəldilib
Bakı, 21 aprel, AZƏRTAC
2018-ci ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1386,5 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1139,6 milyon manatı (82,2 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,5 faizini cari təmir, 17,6 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 81,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]