Azərbaycan Dövlət İnformasiya Agentliyi

XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ NAZİM İBRAHİMOVUN ÇIXIŞI

XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ NAZİM İBRAHİMOVUN ÇIXIŞI

- Zati-aliləri möhtərəm cənab Prezident!

Hörmətli qurultay nümayəndələri!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

İcazə verin, sizi - Azərbaycan xalqının tarixində əlamətdar hadisə olan Dünya azərbaycanlılarının II qurultayının iştirakçılarını ürəkdən salamlayım və bu tarixi hadisə münasibətilə bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edim.

Bu gün bizim hamımızı ümummilli lider Heydər Əliyevin adını daşıyan bu möhtəşəm saraya toplayan Azərbaycana - öz doğma vətənimizə olan sonsuz sevgimiz, dünya azərbaycanlılarını vahid qüvvə kimi birləşdirən azərbaycançılıq ideyalarına sədaqətimizdir.

2001-ci ilin noyabrında ümummilli liderimizin təşəbbüsü və sizlərin bir çoxunun iştirakı ilə bu salonda keçirilən Dünya azərbaycanlılarının l qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyimizin təmin olunması prosesinin əsasını qoydu, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirdi, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixin yaddaşına əbədi həkk edildi. Bu gün bu salona yüzlərlə insanın toplaşması, Dünya azərbaycanlılarının ll qurultayının ən yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və dünya azərbaycanlılarının Heydər Əliyev ideyalarına sədaqətinin parlaq təzahürüdür.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin qurultayda iştirakı bu ali forumun tarixi əhəmiyyətini daha yüksəklərə qaldırır, onun ideya-siyasi mahiyyətini zənginləşdirir, ümummilli məna daşıdığını təsdiq edir. Möhtərəm Prezidentimizin proqram xarakterli nitqi, onun dəyərli tövsiyələri xarici ölkələrdəki icma və birliklərlə Azərbaycanın dövlət orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin diasporla bağlı siyasətinin daha da təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyən edəcək və diaspor quruculuğunun yeni mərhələsinin başlanğıcı üçün ideoloji baza olacaqdır.

Dünya azərbaycanlılarının l qurultayından keçən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların milli maraqlarımızın müdafiəsinə cəlb olunması, Azərbaycan həqiqətlərinin diaspor təşkilatları vasitəsilə təbliği sahəsində Dövlət Komitəsinin bir neçə ildə gördüyü işlərin yekununu əks etdirən məruzənin tam mətni xüsusi kitabça şəklində qurultay iştirakçılarına paylanılmışdır. Qurultay nümayəndələrindən xahiş edirəm ki, məruzəyə dair bütün irad və təkliflərini Redaksiya Komissiyasına təqdim etsinlər.

Hörmətli qurultay iştirakçıları, icazənizlə, bu gün mənə verilən imkandan istifadə edərək, ötən müddət ərzində diaspor quruculuğu sahəsində görülən işlər, fəaliyyətimizin əsas istiqamətləri və qarşıda duran vəzifələr barədə qısa da olsa ümumi məlumat vermək istərdim.

Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başlanmışdır. Ümummilli liderimizin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis olunması barədə qərar qəbul etmiş və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi forum - Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində çox böyük həyəcanla söylədiyi və bu gün bu salonda bir daha eşitdiyimiz “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri artıq dünya azərbaycanlılarının dilinin əzbəri olmuşdur. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, 50 milyonluq Azərbaycan xalqı da iftixarla bunu təkrar edir.

O vaxtdan Azərbaycan diasporu quruculuğu böyük vüsət almışdır. 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

2002-ci ilin dekabrında “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətimizin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Hörmətli qurultay nümayəndələri və qonaqlar!

Dövlət Komitəsi ötən dövr ərzində azərbaycançılıq ideologiyasının fundamental prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atmış, həmvətənlərimizin təşkilatlanması üçün bir çox problemlərin həllinə nail olmuşdur. Həyata keçirilmiş çoxsaylı tədbirlər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın xalqımızın milli maraqlarının təmin olunmasında yaxından iştirakına imkan yaratmışdır.

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən tədbirlər nəticəsində Avropada, Şimali Amerikada, MDB məkanına daxil olan bir sıra ölkələrdə yeni Azərbaycan icmaları yaradılmışdır və bu proses davam etməkdədir.

Müxtəlif ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsi, çevikliyinin artırılması, bu təşkilatların vahid bir mərkəz ətrafında birləşdirilməsi əsas strateji məqsədlərdən biri kimi qəbul edilərək, bu istiqamətdə müvafiq addımlar atmışdır.

Bu məqsədlə 2002-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayının ildönümünə həsr edilmiş “Azərbaycan diasporu: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmiş, Azərbaycan diasporunun çağdaş durumu, problem və perspektivləri barədə geniş müzakirələr aparılmışdır.

Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, xaricdə yaşayan azərbaycanlıların öz milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədi ilə 2003-cü ilin aprelində Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparılmış, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirilmişdir.

Bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilmişdir. AAK-ın təsis edilməsindən başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdır.

2004-cü ilin mayında qardaş Türkiyə Respublikasının İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası təsis olunmuşdur. Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni Federasiyanın əsas məqsədlərindəndir.

2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir. Hazırda dünyanın digər qitələrində də Azərbaycan icma və birliklərinin fəaliyyətlərinin mərkəzləşdirilməsi istiqamətində addımlar atılmaqdadır.

Xaricdəki soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədi ilə dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılmasına diqqət yetirilməkdədir. Bu məqsədlə Rusiya Federasiyası, Ukrayna, Moldova və başqa ölkələrin ərazilərində fəaliyyət göstərən hüquqi yardım mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, bu tipli yeni qurumların yaradılması işi davam etdirilmişdir.

2005-ci ildə Rusiya Federasiyasında “Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin aparılması üçün bir sıra təşkilati işlər görülmüş, ayrı-ayrı vilayətlərdə müvafiq hökumət strukturları ilə birgə tədbirlər həyata keçirilmişdir.

Bundan başqa, Qazaxıstanda və Qırğızıstanda yaşayan soydaşlarımızın müraciətlərinə əsasən, onların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və başqa şəxsi problemlərinin həllinə nail olunmuşdur.

2005-ci ildə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı aparılmış araşdırmalar nəticəsində bu ölkədəki soydaşlarımızın üzləşdiyi çətinlikləri və onların həllinə yönəlmiş təklifləri özündə əks etdirən xüsusi arayış hazırlanmışdır. Həmin arayış əsasında hökumətlərarası proqramın layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir.

Möhtərəm Prezidentimizin öz nitqində vurğuladığı kimi, müxtəlif ölkələrin ictimai-siyasi həyatında daha da fəal iştirakı, seçkili orqanlarında təmsil olunması və dövlət orqanlarında müəyyən vəzifələrə irəli çəkilməsi üçün səylər göstərilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Bu, son nəticədə Azərbaycan diasporunun nüfuzunun daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Soydaşlarımızın Türkiyə, Estoniya, Gürcüstan və Moldova parlamentlərində, Rusiya, Ukrayna və Qazaxıstanın yerli özünüidarə orqanlarında təmsil olunmaları xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəlməsinin göstəricisidir. Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən uğurlu işlər nəticəsində ABŞ, Rusiya, Ukrayna, Belarus, Litva, Qazaxıstan, Özbəkistan və digər ölkələrin dövlət və hökumət strukturlarında həmvətənlərimizin də təmsil edilməsinə şərait yaranmışdır.

Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları respublikamızın ictimai-siyasi həyatında baş verən bütün mühüm hadisələri maraqla izləyir, daim diqqət mərkəzində saxlayırlar. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xaricdəki Azərbaycan icmalarının cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı keçirdiyi həmrəylik aksiyaları, dünya azərbaycanlılarına və Azərbaycan xalqına müraciətlərin qəbul olunması bunun daha bir sübutudur. 2005-ci il parlament seçkilərində də Azərbaycan icmaları müvafiq bəyanatlar imzalayaraq, seçkilərin obyektiv, ədalətli və demokratik qaydada keçirildiyini ifadə etmişlər.

Hörmətli qurultay iştirakçıları!

Ötən dövr ərzində zəngin mədəniyyətimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində müstəsna xidmətləri olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədi ilə bir sıra tədbirlər də həyata keçirilmişdir. Bir çox ölkələrdə mədəni irsimizin təbliği məqsədi ilə yaradılmış Azərbaycan evlərinin açılması, ictimai xadimlərin və mədəniyyət xadimlərinin yubileylərinin təşkili, xarici ölkələrdə Vətənimizin bir parçası, rəmzi olaraq Azərbaycan adını daşıyan park və xiyabanların salınması, diaspor təşkilatlarımızın təşəbbüsü ilə dünyanın böyük şəhərlərində mədəniyyət ustalarımızın geniş konsert proqramlarının, foto və rəsm əsərləri sərgilərinin təşkili bu prosesin artıq ənənəyə çevrildiyini göstərir. Yaxın vaxtlarda Nyu-Yorkdakı Amerika Təbiətşünaslıq Muzeyində və dünyanın bir çox muzeylərində Azərbaycana həsr olunmuş ilk ekspozisiyanın açılışı da xalqımızın zəngin tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.

2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin keçirilməsi ilə əlaqədar hazırlanmış xüsusi tədbirlər planına uyğun olaraq, Rusiyadakı Azərbaycan diasporu tərəfindən müxtəlif bölgələrdə azərbaycanlıların adət-ənənələrini, dilini, tarixini təbliğ etmək məqsədi ilə bir sıra mədəni tədbirlər keçirilmişdir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərimizə, Ana dilinə və öz tarixi köklərinə bağlılığının möhkəmləndirilməsi diaspor quruculuğu işinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini, mədəniyyətimizi, tariximizi və ənənələrimizi tədris edən bazar günü məktəblərinin fəaliyyətini də qeyd etmək lazımdır. Hazırda müxtəlif ölkələrdə yüzlərlə belə məktəb vardır.

Dünyanın bir sıra mötəbər təhsil ocaqlarında - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Kiyev Milli Universitetində və başqa universitetlərdə Azərbaycan dilinin tədrisi üçün xüsusi bölmələr açılımışdır.

Soydaşlarımızın sıx yaşadıqları dövlətlərin ərazisində, xüsusən MDB məkanında, o cümlədən Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan Respublikasında və başqa regionlarında, eləcə də digər ölkələrdə fəaliyyət göstərən ümumtəhsil və bazar günü məktəblərinin tədris proqramları, metodik ədəbiyyatlar, dərsliklərlə təminatı gücləndirilməkdədir.

Müasir dünyamızda informasiya siyasətinin uğurlu qurulması ümumi inkişafın və dövlətçiliyin daha təkmil şəkildə möhkəmləndirilməsinin əsas amillərindəndir. Məhz buna görə də ötən dövrdə bu sahəyə xüsusi önəm verilmiş, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən icma və birliklərimiz informasiya-təbliğat işinin gücləndirilməsi sahəsində irəliləyişlərə nail olmuşlar.

Diaspor quruculuğu işinin əhəmiyyətinin ictimaiyyətə aşılanması məqsədi ilə ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı cənab İlham Əliyevin Azərbaycan diasporunun formalaşdırılması sahəsindəki tarixi xidmətlərini əks etdirən “Azərbaycan diasporuna dövlət qayğısı” kitabının birinci və ikinci hissələri ictimaiyyətə təqdim edilmişdir.

Bu gün xarici ölkələrdə məskunlaşmış yüzlərlə Azərbaycan ziyalısı, görkəmli elm, mədəniyyət xadimi KİV-lər vasitəsilə Azərbaycanın haqq səsinin, müxtəlif sahələrdə qazandıqları uğurların, onun mədəniyyətinin, incəsənətinin, tarixinin, əbədiyyatının və nəhayət, azərbaycançılıq ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələr yaradır, yerli televiziyalarda və dövri nəşrlərdə mütəmadi çıxış edirlər. Diaspor quruculuğu sahəsindəki yeniliklər, xarici ölkələrdəki Azərbaycan icmalarının gördüyü işlər barədə Azərbaycanın çoxsaylı kütləvi informasiya vasitələrində də müntəzəm məlumatlar verilir.

Diaspor təşkilatlarımız mətbu orqanları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eyni zamanda, soydaşlarımızın tarixi Vətən haqqında obyektiv və intensiv şəkildə məlumatlandırılmasına, diaspor quruculuğu işinin təbliğinə həmvətənlərimizlə əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

Təbliğat işinin əsas istiqamətlərindən biri də xalqımızın üzləşdiyi tarixi faciələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun əsil səbəbləri, mahiyyəti və ağrılı nəticələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdəki Azərbaycan icmalarının və yerli xalqların bu barədə daha ətraflı məlumatlandırılması olmuşdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif xalqların dilinə tərcümə edilmiş kitablar, broşürlər və fotoşəkillərdən ibarət albomlar icmalar tərəfindən yayılmış, yerli televiziya kanallarında sənədli filmlər, süjetlər nümayiş etdirilmişdir. Azərbaycan icma və birliklərinin fəal iştiraki ilə bir sıra etiraz aksiyaları da təşkil olunmuşdur.

Hörmətli qurultay iştirakçıları!

Təcrübə göstərir ki, milli mənafelərimiz, dövlət maraqlarımız, xalqlarımızın tarixin sınaqlarından çıxmış dostluq əlaqələri Azərbaycan və türk diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Bu gün qurultayda Türkiyə Böyük Millət Məclisi üzvlərinin böyük bir qrupunun iştirakı əlaqələrimizin yüksək səviyyəsindən, onun hədsiz imkanlarından, Azərbaycan və Türkiyəni bir-birinə bağlayan qardaşlıq tellərinin sarsılmazlığından xəbər verir.

Getdikcə inkişaf etməkdə olan və dəfələrlə sınaqlardan çıxmış bu əməkdaşlıq əlaqələri diasporumuzun imkanlarının daha da genişlənməsinə böyük təkan vermişdir. Belə ki, ötən dövr ərzində Azərbaycan və türk diasporları müxtəlif ölkələrdə birgə mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olmuşlar. Belə tədbirlər Azərbaycan gerçəkliklərinin təbliğinə, xarici əlaqələrin inkişafına, Azərbaycan və türk icmaları arasında əməkdaşlığın dərinləşməsinə xidmət etmişdir.

Ötən dövrdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət imkanlarını araşdırmaq və bu sahədə daha uğurlu nəticələr əldə etmək məqsədi ilə Avropada və ABŞ-da fəaliyyət göstərən türk icmalarının rəhbərləri, Türkiyə Respublikasının müvafiq dövlət və hökumət strukturları və müxtəlif ölkələrdəki səfirliklərinin əməkdaşları ilə birgə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi olaraq, möhtərəm Prezidentimizin xeyir-duası ilə 2006-cı ildə Türk və Azərbaycan diaspor təşkilatlarının l forumunun keçirilməsi nəzərdə tutulur. Forumda türk və Azərbaycan diasporlarının son dövrdəki birgə fəaliyyəti, Azərbaycan Prezidentinin, Türkiyə Prezidenti və Baş nazirinin tövsiyələri əsasında əlaqələrimizin perspektivləri ilə bağlı planlarımızı müzakirə edəcəyik.

Ötən müddət ərzində Azərbaycanda işgüzar səfərdə olmuş və gələcəkdə Azərbaycan lobbisinin təşkilində yardım göstərə biləcək bir sıra xarici ölkələrin parlamentlərinin, hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə keçirilmiş çoxsaylı görüşlərdə onların Azərbaycan diaspor təşkilatlarının işinə cəlb olunması və əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Bu, xaricdə Azərbaycan lobbisinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.

Hazırda Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin parlament və hökumət üzvləri ilə intensiv əlaqələr qurmağa çalışır, müxtəlif xalqların diaspor təşkilatları ilə əməkdaşlıq edirlər. Bu gün qurultayın qonaqları arasında Latviya, Estoniya, Litva, Ukrayna, Moldova, Belçika, Avstriya, İsveçrə, Çexiya, Kanada parlamentinin üzvlərindən ibarət geniş nümayəndə heyətləri təmsil olunur. Həmin ölkələrin ictimai, siyasi və dövlət xadimlərinin iştirakı qurultayımızın nüfuzunu daha da artırır.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan diasporu indi özünün inkişaf və təkamül dövrünü yaşayır. Diasporumuzun güclənməsində, Azərbaycanın təbliğində, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan gənclərin də mühüm rolu vardır. Azərbaycanın Avropaya inteqrasiya yolunu seçməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının ildən-ilə artmasına imkan yaratmışdır. Bu isə gələcəkdə güclü diasporun formalaşması üçün etibarlı bünövrə rolunu oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə təhsil alan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb edilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda Bakı şəhərində Dünya azərbaycanlı gənclərinin l konqresinin keçirilməsi ilə bağlı müddəanın öz əksini tapması bu siyasətin təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayır, onların aradan qaldırılması məqsədi ilə Azərbaycanın müvafiq dövlət və hökumət orqanlarına göstərişlərini, tövsiyələrini verir. Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində o ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar.

Möhtərəm cənab Prezident,

Hörmətli qurultay iştirakçıları,

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında xaricdə yaşayan soydaşlarımızın da fəal iştirakı ölkəmizin iqtisadi qüdrətinin artırılması prosesinin daha böyük vüsət almasına imkan yaratmışdır. Xaricdəki Azərbaycan icmalarının ölkəmizin iqtisadi inkişaf prosesinə cəlb edilməsi ötən dövrün ən mühüm vəzifələrindən biri olmuşdur. Belə ki, diaspor təşkilatlarının təşəbbüsü və fəal iştirakı ilə Azərbaycanın iqtisadi inkişaf perspektivlərinə həsr olunmuş seminar-konfranslar və iqtisadi forumlar keçirilmişdir. 2004-cü ilin aprel ayında I Azərbaycan-Rusiya iqtisadi forumu, 2006-cı il fevralın 22-də II Azərbaycan-Rusiya iqtisadi forumu təşkil olunmuşdur.

Bundan başqa, Azərbaycanın müxtəlif regionlarından olan və hal-hazırda Rusiyada məskunlaşmış azərbaycanlı iş adamlarının doğulub boya-başa çatdıqları bölgələrin sosial-iqtisadi inkişafına, abadlıq işlərinə sərmayə qoymağa cəlb olunması sahəsində görülən işlər də öz bəhrəsini verməkdədir. Hazırda diaspor təşkilatları nümayəndələrinin köməyi ilə iqtisadi lobbiçilik, Azərbaycanın dostlarının əhatəsinin genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq, daim diqqət mərkəzində saxlayır. İş rejiminin gərginliyinə baxmayaraq, möhtərəm Prezidentimizin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici təşkilat nümayəndələrini mütəmadi qəbul etməsi, xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri ənənəyə çevrilmiş və diaspor quruculuğu işinə böyük təkan verməkdədir.

Möhtərəm cənab Prezident, icazə verin, Azərbaycan xalqının mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində dəyərli tövsiyələrinizə görə bütün diaspor təşkilatları adından Sizə bir daha dərin təşəkkürümüzü bildirək. Eyni zamanda, əmin edək ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, xalqımızın zəngin mənəvi irsinin, tarixinin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərimizi daha da artıracağıq.

Diqqətinizə görə çox sağ olun!

X X X

MAHMUD KƏRİMOV: Hörmətli qurultay iştirakçıları, əziz qonaqlar, qurultayımız öz işini davam etdirir. Qurultayın ünvanına bəzi xarici ölkə və hökumət başçılarından təbriklər daxil olmuşdur. Türkiyə Cümhuriyyəti Baş nazirinin təbrikini çatdırmaq üçün Türkiyə parlamentinin deputatı, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Şaban Dişliyə söz verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR