Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xatirələrdə, ürəklərdə yaşayır Babək” adlı tədbir hər kəsi qürurlandırıb

Bakı, 9 avqust, AZƏRTAC

Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla yad olunur.

Vətən müharibəsinin unudulmaz şəhidlərindən olan polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun doğum günündə Müdafiə Nazirliyinin rəsmiləri, ailə üzvləri və yaxınları, eləcə də döyüşçü dostları, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhidin məzarı üzərinə əklillər qoyub, çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Din xadimi şəhidlərin ruhuna dualar oxuyub, hərbi ənənələrə uyğun olaraq bir dəqiqəlik sükut elan edilib, orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, polkovnik Abdulla Qurbani qəhrəman zabitin qısa, lakin şərəfli ömür yolu, Azərbaycan Ordusundakı şərəfli xidmətləri və Vətən müharibəsində göstərdiyi komandirlik məharəti, şəxsi mərdlik və şücaət nümunələri barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, Babək Meyvəddin oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi), 2004-cü ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) “Zabit ixtisas kursu”nu bitirib.

Gənc leytenant B.Ramaldanov Azərbaycan Ordusunda motoatıcı taqım komandirliyindən hərbi hissənin qərargah rəisi - briqada komandirinin müavini vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

Hansı hərbi hissədə, hansı vəzifədə xidmətindən asılı olmayaraq qarşıya qoyulan xidməti vəzifələrin öhdəsindən layiqincə gəlib, komandanlığın göstərdiyi etimadı ləyaqətlə və vicdanla doğruldub, şəxsi heyət arasında böyük hörmət qazanıb.

Peşəkar, təcrübəli, intellektual səviyyəli, yüksək əxlaqi-mənəvi və iradi keyfiyyətlərə malik zabit kimi tanınıb.

2019-cu ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ümumqoşun Akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Adı akademiyanın “Şərəf kitabı”na yazılıb.

A.Qurbani bildirib ki, Babək Ramaldanov sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, o cümlədən “Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli” medallarla təltif olunub.

Vətən müharibəsinin ilk günlərindən Murovdağın strateji yüksəkliklərinin azad edilməsi uğrunda müqəddəs savaşa atılan igid zabitimiz sonralar Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin azad edilməsi naminə aparılan hərbi əməliyyatlarda iştirak edərək hərbi hissənin qarşısına qoyulan döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyib.

2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Hovuslu kəndini azad edərkən şəhidlik zirvəsinə ucalan igid zabitimizin nəşi iki gün sonra döyüş meydanından çıxarılaraq böyük izdihamın iştirakı ilə İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Cəbhələrdə onunla tez-tez rastlaşan və qəhrəmanlıqlarına yaxından bələd olan polkovnik A.Qurbani “Xan oğlan xan dayısına çəkər” el məsəlini xatırladaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Babək Ramaldanov xalqımızın və Ordumuzun şəxsi heyətinin yaxşı tanıdığı, ulu öndər Heydər Əliyevin 50 əvvəl yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk məzunlarından biri, Milli Ordu quruculuğunda müstəsna xidmətləri olan, 1993-1994-cü illərin məşhur “Horadiz əməliyyatı”nın qəhrəmanı, iki dəfə “Azərbaycan Bayrağı” ordeni və bir çox döyüş medalları ilə təltif olunan polkovnik Şair Ramaldanovun bacısı oğludur və o da dayısına çəkib, dayısının yolunu seçib və Ramaldanovlar ailəsinin şərəfini həmişə uca tutub.

Şəhidin anası Xalidə xanım otuz ildən çoxdur ki, hərbi liseydə çalışır, gələcək zabitlərin, generalların daha sağlam, gümrah böyüməsi üçün səylərini əsirgəmir.

Ramaldanovlar ailəsi Azərbaycan Ordusuna ondan çox peşəkar zabit bəxş edib və onlar bu gün də Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edirlər.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bacısı oğlu ilə fəxr etdiyini vurğulayıb. Bütün şəhidlərimiz kimi, Babəkin də intiqamının döyüş meydanında vuruşaraq alınmasına, tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpa edilməsinə, otuzillik həsrətə son qoyulmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə, hər bir Vətən əsgərinə minnətdarlığını bildirib.

Babəkin dayısı oğlu, bu gün də Azərbaycan Ordusu sıralarında Vətənə sədaqətlə xidmət edən baş leytenant Əmirbəy Ramaldanov deyib: “Mən də Vətən müharibəsinin ilk günündən döyüşlərdə idim. Ermənistan üzərində Qələbə çalacağımıza, düşməni sındıracağımıza, tarixi torpaqlarımızı işğaldan azad edəcəyimizə, nəyin bahasına olursa-olsun, öz varlığımız kimi inanırdıq. Bizi döyüşdən-döyüşə, qələbədən-qələbəyə aparan Vətən torpağına sonsuz sevgimiz, döyüş ruhumuz, vətənpərvərlik hissimiz, xalq ilə ordunun mənəvi birliyi, həmrəyliyi və hər şeydən öncə, Müzəffər Ali Baş Komandanımıza inamımız idi. Biz yaxşı bilirdik ki, şəhid olsaq qanımız yerdə qalmayacaq, qazi olsaq yaralarımıza məlhəm tapılacaqdır, ailəmiz hər cür diqqət və qayğı ilə əhatə olunacaqdır.

Bibim oğlu Babək şəhid oldu, mən isə qanlı döyüşlərdən qalib Ordunun qalib zabiti kimi qayıtdım. Xidmətlərim də ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildi. “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuşam. Kaş Babəkin də ordeni ailəsinə deyil, şəxsən onun özünə təqdim ediləydi. Nə etmək olar, qismət belə imiş. Bundan sonra mən iki ömür yaşamalıyam. Xalqımızı əmin edirəm ki, Babək qardaşımın yarıyolda qırılan cavan ömrünü də öz ömrümə qataraq bundan sonra da xidmətimi şərəflə davam etdirəcəyəm.

Şəhidin atası Meyvəddin Ramaldanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına, ziyarətçilərə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Xətai rayonundakı Kazımağa Kərimov küçəsində xatirə abidəsinin açılış mərasimində iştirak ediblər. Abidə üzərində qoşa qanad kimi Birinci Qarabağ müharibəsinin şəhidi, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Kazımağa Möhsün oğlu Kərimovun və “Azərbaycan Bayrağı” ordenli şəhid zabitimiz Babək Meyvəddin oğlu Ramaldanovun surətləri həkk olunub.

Polkovnik Abdulla Qurbani hər iki şəhidin həyat və döyüş yolları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Kazımağa Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.

1988-ci ildə doğma Vətənimizin üzərini qara buludlar aldığı bir zamanda Kazımağa Möhsün oğlu da özünün bir Azərbaycan övladı olaraq torpaqlarımızın müdafiəsinə qalxmağa borclu olduğunu dərk edib və evini, ailəsini, hər şeydən uca tutduğu peşəsini arxada qoyaraq cəbhə bölgəsinə yollanıb. Onun döyüş yolu təkcə doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, həm də Goranboy rayonundan keçib.

Həmin rayonda yaradılan ilk könüllü özünümüdafiə taborlarından birinə komandir müavini təyin edilən K.Kərimov “baş leytenant” hərbi rütbəsi altında doğma torpaqlarımızın müdafiəsində fəal iştirak edib və o, 15 iyun 1992-ci ildə ömrünün 41-ci baharında şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə Milli Qəhrəman Kazımağa Kərimovun oğlu Rəşad Kərimov da iştirak edib. O, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Birinci Qarabağ müharibəsinin şəhidlərinin də unudulmadığına görə minnətdarlığını bildirib.

Mərasimdə şəhidin atası Meyvəddin Ramaldanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Pənah İmanov, şəhidin dayısı Şair Ramaldanov, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Əmirbəy Ramaldanov və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Babək Ramaldanovun nənəsi Nuridə xanım üç “polkovnik” oğulun anası, neçə-neçə zabitin nənəsi olmağı ilə fəxr etdiyini, nəticələrinin də hərbi peşələri seçəcəklərinə əminliyini bildirib və tədbir iştirakçılarına bu mübarək ziyarətləri üçün xeyir-dua verib.

Şəhidin oğlu Süleymanın söylədiyi atasına həsr olunan şeir alqışlarla qarşılanıb.

Tədbir hərbi orkestrin ifa etdiyi “Heyratı”, “Mehtər” marşlarının müşayiəti və A.Qurbaninin söylədiyi şeirlə başa çatıb:

Bayrağım Babəkin qanlı köynəyi,

Bu bayraq heç zaman enməyəcəkdir!

Oğullar yataqda, qızlar duvaqda

Əcəl kəfənini geyməyəcəkdir!

Elə oğullar var bizim Orduda,

Atından endirər şər qüvvələri.

Komandan əmrinə hazırdır bu gün

Hünər qüvvələri, ər qüvvələri!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib