Xərçəngə qarşı mərdliklə mübarizə aparan gənc dünyasını dəyişmişdir
Bakı, 16 may (AZƏRTAC). Dörd il əvvəl 19 yaşlı Stiven Sattonda bağırsaq xərçəngi aşkar edilmişdi.
Stiven xərçəng xəstəliyindən əziyyət çəkən gənclərin müalicəsi üçün vəsait toplanması kampaniyasına başlamışdır. Bunun üçün xüsusi sayt, sosial şəbəkələrdə qruplar yaradılmışdır. Stiven ölüm gününə qədər görmək istədiyi işlərin siyahısını həmin saytda dərc etmişdir. Britaniyanın yeniyetmələrdə xərçəng xəstəliyinə qarşı mübarizə fonduna vəsait toplanması bu siyahıda birincidir. Müəyyən olunmuş 10 min funt sterlinqlik hədd kampaniyanın keçirildiyi ilk aylarda keçilmişdir. Kampaniya 500 min funt sterlinqlik növbəti həddin də öhdəsindən gəlmişdir. Nəticədə Stiven Satton 3.2 milyon funt sterlinq ( təqribən 5,4 milyon dollar) vəsait toplaya bilmişdir. Kampaniyaya təqribən 140 min adam ianə vermişdir.
Stivenin vəfat etməsi barədə xəbəri Facebook səhifəsində onun anası yerləşdirmişdir. Ana yazmışdır: “Cəsarətli, fədakar oğluma görə qürurla döyünən ürəyim ağrıdan parka-parçadır. O, mayın 14-də sübh tezdən öz yatağında yuxudan oyanmadan sakitcə dünyasını dəyişmişdir”.
Qeyd edək ki, onkoloji xəstəliklərdən əziyyət çəkən yeniyetmələrə yardım etmək üçün hər gün yüzlərlə adam ianə verir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]