Xeyriyyə aksiyasında 123 nəfər könüllü qan verdi
Xaçmaz, 4 avqust (AZƏRTAC, Elxan Yusifli). “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq avqustun 4-də Xaçmazda növbəti qanvermə aksiyası keçirildi.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə B.Eyvazov adına Respublika Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilən xeyriyyə aksiyasında 123 nəfər könüllü qan verdi.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən qanvermə aksiyasında rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri iştirak etdilər.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən vətəndaşlar əvvəlcə Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən müayinə edildilər.
Aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]