ELM VƏ TƏHSİL
Xəzər Universiteti ilə Özbəkistanın Diplomat Universiteti arasında müqavilə imzalanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Xəzər Universitetində Özbəkistanın Diplomat Universiteti ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Sonda ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb. Sənədi Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və Diplomat Universitetinin rektoru Elyor Mahmudov imzalayıblar.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Pekin Xarici Tədqiqatlar Universitetinin Asiya Araşdırmaları Məktəbinin Azərbaycan dili şöbəsinin rəhbəri Aqşin Əliyev və başqaları iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:19]
Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib
- 02.07.2024 [19:30]
Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış
- 02.07.2024 [17:56]
Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib
- 02.07.2024 [17:30]
AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq
- 02.07.2024 [16:52]