Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində səylər ciddi çağırışlarla üzləşir – Bəyanat VİDEO

XİN: Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində səylər ciddi çağırışlarla üzləşir –  Bəyanat VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir.

2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında yer alıb.

Qeyd edilib ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.

Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.

Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib.

Bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi.

Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.

İkinci məsələ üzrə isə Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.

Lakin, 2023-cü il avqustun 5-də Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.

Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi.

Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı.

Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistanın bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur.

Bu gedişatla yanaşı, son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.

Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.

Yuxarıda qeyd olunanlar, 30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır.

Eyni zamanda, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən fərqlənir.

2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətini aparır. Eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.

Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməniəsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir.

Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir.

XİN: Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində səylər ciddi çağırışlarla üzləşir –  Bəyanat VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 nəfərin cəsədi çıxarılıb

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətə qaytarılıb YENİLƏNİB

“Bloomberg”: ABŞ Dövlət katibi gələn həftə Panamaya səfər edəcək

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

ABŞ Milli Təhlükəsizlik Şurasının 160-a yaxın əməkdaşı işdən uzaqlaşdırılıb

İtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ-də birincidir

Burkino-Faso Fransanın müstəmləkə mirasını silməyə davam edir

Pentaqon Meksika ilə sərhədi möhkəmləndirmək üçün əlavə hərbçilər göndərəcək

Miqrantların uşaqları arasında rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir

Bakıdakı Rus evində Xalq yazıçısı Natiq Rəsulzadənin kitabının təqdimatı olub

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Çempionlar Liqası: PSJ “Mançester Siti”ni, “Real Madrid” “Zaltsburq”u məğlub edib

BMT: ABŞ-ın ÜST-dən çıxması ilə bağlı heç bir sənəd almamışıq

Çin XİN: Tarif müharibəsinin qalibi olmur

ABŞ-da məktəbdə baş verən atışmada bir şagird və hadisəni törədən şəxs ölüb YENİLƏNİB

Türkiyənin XİN başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk telefon danışığı olub

Nobel mükafatı laureatı Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalı təqdim edilib

Ankarada “TOBB ETÜ” Universitetində 20 Yanvarla bağlı müzakirələr aparılıb

Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb

Avropa Liqası: “Beşiktaş” doğma meydanda İspaniya klubunu məğlub edib

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb

Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı artıb

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

Kişi voleybolçuların Yüksək Liqasında VII turun iki oyunu keçirilib

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq

Bavariyada bıçaqlı hücum nəticəsində biri azyaşlı olmaqla iki nəfər qətlə yetirilib

“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verib

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

ABŞ administrasiyasının ilk böyük diplomatik tədbiri QUAD-la bağlı olub

AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

Qafqaz Müsəlmanları İdarəsində Türkiyə və İraq səfirləri ilə görüş keçirilib

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

“Neftçi” Azərbaycan millisinin futbolçusunu transfer edib

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb VİDEO

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir

Fransanın silahlı qüvvələr naziri: Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib

Rumıniya klubunun baş məşqçisi: "Qarabağ"la oyun çox çətin olacaq

Kamerunlu futbolçu: "Qarabağ"a qarşı oynamaq asan olmayacaq

İlahiyyat üzrə təhsil alan tələbələr üçün yeni dərslik nəşr olunub

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniyada seçkilərə bir ay qalmış keçirilən rəy sorğusu Birliyin reytinqinin aşağı düşdüyünü göstərir

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

Nitsa şəhərinin meri dünyanın hər yerindən gələn kruiz gəmilərinin limana daxil olmasını qadağan etmək niyyətindədir

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

Ötən il NDU-nun Elmi Kitabxanasına 8400-dən çox oxucu müraciət edib

Azərbaycan Əfqanıstanda “Əfşar ulduzu” adlı tədris mərkəzi açıb

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ

Gömrükçülər 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib

“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb

Böyük Britaniyada hava limanları genişləndirilə bilər

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Azərbaycanın Davos Forumunda iştirakı enerji layihələrinin təqdimatı baxımından əhəmiyyətlidir ŞƏRH

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

BDU Qazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlığa başlayır

Fransada ötən il dövlət xəstəxanalarının kəsiri 3,5 milyard avro olub

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

“Şamaxı” klubu futbolçusu ilə vidalaşıb

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

“Netflix” abunəçilərinin sayı 300 milyonu ötüb

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyən edilib

Xarici dil müəllimləri üçün “Pre-CELTA” təlimi təşkil olunub

“Netflix” abunə qiymətlərini artırır

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

Futbol üzrə Azərbaycan millisi Macarıstanla yoldaşlıq matçı keçirəcək

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ

Azərbaycanın voleybol hakimləri Türkiyə klublarının oyunlarına təyinat alıblar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

“Sabah” klubu kapitanı ilə yollarını ayırıb

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb VİDEO

Azərbaycanda nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Əlilliyi olan şəxslərin vergi inzibatçılığı sadələşdirilir

ABŞ-ın cənubunda hökm sürən anomal soyuqlar azı 10 nəfərin həyatına son qoyub

Şahzadə Harri “The Sun” qəzetinin nəşriyyatçısı ilə məhkəmə iddiasında razılığa gəlib

Elxan Abdullayev: Rumıniya klubu ilə oyunda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur

Türkiyə Prezidenti yanğının baş verdiyi bölgəyə səfər edib

“Kredit büroları haqqında” Qanuna dəyişiklik ediləcək

Türkiyə parlamentinə ekologiya haqqında ilk qanun layihəsi təqdim edilir

Azərbaycanda mühasibat uçotunun elektronlaşması ilə bağlı yeni tənzimləmələr tətbiq olunacaq

Qazaxıstanın güc strukturları cinayətkar qruplaşmalara qarşı genişmiqyaslı əməliyyatlar keçirib

Azərbaycanın U-19 millisi Belarusla iki yoldaşlıq oyunu keçirəcək

Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb VİDEO

Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib VİDEO

Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

® “Ziraat Bank Azərbaycan” 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

Almaniyalı həkim AfD-yə 1,5 milyon avro məbləğində ianə edib

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb