Azərbaycan Dövlət İnformasiya Agentliyi

XIRDALAN QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASININ TƏMƏLİ QOYULMUŞDUR

Sentyabrın 12-də Abşeron rayonunun Xırdalan qəsəbəsində 1296 yerlik orta məktəb binasının təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimə toplaşan sakinlər, təhsil işçiləri Prezident İlham Əliyevi alqışlarla qarşıladılar.

Dövlətimizin başçısı binanın layihəsi ilə tanış oldu. Prezidentə məlumat verildi ki, Təhsil Nazirliyinin sifarişi ilə “Azkommunallayihə” İnstitutu tərəfindən hazırlanmış layihə əsasında tikiləcək və gələn ilin sentyabrında istifadəyə veriləcək orta məktəbdə 70-dən çox sinif otağı, idman, konfrans salonları, kompyuter otağı və yardımçı otaqlar, voleybol meydançası, ayrıca istilik sistemi olacaqdır. Qəsəbədəki 2 nömrəli orta məktəbin ərazisində müasir standartlara uyğun tikiləcək üçmərtəbəli məktəb Azərbaycanın ən nümunəvi təhsil ocaqlarından biri olacaqdır. İnşaat işlərini “Ulubəy-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət yerinə yetirəcəkdir.

İndiyədək 2 nömrəli orta məktəbdə 4500 şagird üç növbədə təhsil alırdı. Bu ağır vəziyyəti nəzərə alaraq, yeni məktəb binasının tikintisinə başlanır. Növbəti ildə 2 nömrəli məktəbin indiki binası da təmirə dayandırılacaqdır.

Prezident İlham Əliyev binanın təməlinin qoyulduğunu bildirən gilizi bünövrəyə atdı və ilk beton qarışığını tökdü.

Dövlətimizin başçısı təhsil işçilərini təbrik etdi, gələn ilin sentyabrında məktəbin açılışı olacağını bildirdi.

2 nömrəli orta məktəbin ədəbiyyat müəllimi ELMİRA YAQUBOVA təhsil işçiləri adından Prezidentə dərin minnətdarlığını bildirərək dedi:

- Çox hörmətli cənab Prezident, Abşeron rayonunun Xırdalan qəsəbəsindəki 2 nömrəli orta məktəbdə Sizi salamlamaq bizim hamımız üçün olduqca xoşdur. Azərbaycanımızın daha da inkişaf etməsi, ulu öndərimiz, qüdrətli şəxsiyyət Heydər Əliyev ideyalarının dönmədən həyata keçirilməsi naminə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Cənab Prezident, bu gün bir daha qürur hissi ilə deyirik ki, regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramı qəbul edildikdən sonra bütövlükdə respublikamız geniş abadlıq, tikinti meydanına çevrilmişdir. Biz abşeronlular da fəxr edirik ki, son bir ildə rayonumuzda çox işlər görülüb və görülməkdədir.

Cənab Prezident, elmə, təhsilə, xüsusilə məktəb tikintisinə hədsiz diqqət yetirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Elə təkcə bizim rayonumuzda 10 məktəb binası inşa edilir. Bunlardan 6-sı Təhsil Nazirliyi, 3-ü Heydər Əliyev Fondu tərəfindən, 1-i isə Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə tikilir. Yeni məktəb binası tikmək kimi müqəddəs bir işdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanımın hamıya örnək ola biləcək fəaliyyətini yüksək qiymətləndirir, ona ürəkdən gələn ən səmimi, xoş arzularımızı çatdırırıq.

Cənab Prezident, bu gün bizim üçün, həqiqətən, mübarək bir gündür. Bir qədər öncə ümummilli liderimiz, xalqımızın fəxri, müstəqil Azərbaycanımızın memarı, dahi Heydər Əliyevin qəsəbəmizdə monumental abidə kompleksi açılmışdır. Bu mərasim dahi Heydər Əliyevə ümumxalq məhəbbətinin bir daha nümayişinə çevrilmiş, Sizin ətrafınızda hamımızın necə sıx birləşdiyini açıq şəkildə göstərmişdir. Biz çox sevinirik ki, Sizinlə birgə yeni məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edirik. İnanırıq ki, bu məktəbdə təhsil alacaq şagirdlər, işləyəcək müəllimlər Azərbaycanımızın gələcəyi naminə, azərbaycanlı adına layiq olmaq üçün var qüvvələrini sərf edəcəklər.

Çox hörmətli cənab Prezident, həmişə Sizinlə görüşmək arzusunda idim. Ulu Tanrıma şükürlər olsun ki, Sizinlə görüşdüm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, 2005-ci tədris ilində təhsil sahəsindəki uğurlarıma görə məni “Tərəqqi” medalı ilə təltif etmisiniz. Bu təltifə görə ailəm və öz adımdan Sizə dərin təşəkkür edirəm. Uca Allahdan arzu edirəm ki, hələ çox-çox illər belə vüqarla, hünərlə Azərbaycanı addım-addım gəzəsiniz.

Prezident İLHAM ƏLİYEV xoş və səmimi sözlərə görə təşəkkür edərək dedi:

- Bir ildən sonra gözəl məktəb tikiləcək və uşaqlar yaxşı şəraitdə oxuyacaqlar. Mənə dedilər ki, bu məktəbdə 4500 şagird təhsil alır. Bu, çox çətindir, həm uşaqlar üçün, həm də müəllimlər üçün əziyyətdir. Müəllim Azərbaycanda ən hörmətli insandır. Böyük hörmətə malik müəllimin həm şəraiti yaxşı olmalıdır, həm də uşaqlar yaxşı oxumalıdır. Bütövlükdə indi Azərbaycanda hər şey çox sürətlə inkişaf edir. Bütün sahələrdə ən müasir, ən yaxşı şərait olmalıdır. İlk növbədə də məktəblərdə. 2008-ci ilə qədər Azərbaycanda məktəb tikintisi məsələləri bütünlüklə həll olunmalıdır. Harada lazımsa, təmir olunacaq, harada lazımsa, tikiləcəkdir. Yəni pis vəziyyətdə olan məktəb binaları qalmamalıdır.

Sizə bir daha uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb