Xocalı faciəsi hər birimizin ürəyində bir dağdır
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi hər birimizin ürəyində sağalmayan bir dağdır. Erməni terrorizminə, erməni vandalizminə üsyan edirik, lənətləyirik. Xocalıya qayıdacağımız günü ümidlə gözləyirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Xocalının Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli deyib.
O, bugünkü ümumxalq yürüşünü yüksək qiymətləndirərək bunun üçün ölkə başçısına dərin minnətdarlığını bildirib.
Faciənin dəhşətlərindən, ağır nəticələrindən danışan İmarət Cəmilli bu hadisə zamanı qohumlarından biri Cabbarov Azad Pirqulu oğlunun itkin düşdüyünü, bugünədək ondan xəbər olmadığını deyib.
Şairə bu faciə ilə əlaqədar yazdığı şeirlərindən birini söyləyib:
Dünya qan ağlayır gözümdə mənim,
Üşüyür, titrəyir sözüm də mənim,
O vaxtdan donmuşam özüm də mənim,
O vaxtdan üzümə açılmayır yaz,
Xocalıda donub körpə qızcığaz.
Xocalı adında bir şəhər vardı,
Deyərdin qışı da elə bahardı,
Artıq ürəklərdə dərddi, qübardı.
Ey qəflətdə yatan gözlərini aç
Xocalı dərdinə varmı bir əlac?
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]