Xocalı faciəsi İspaniya mətbuatının diqqət mərkəzində
Madrid, 27 fevral, AZƏRTAC
İspaniyanın EFE informasiya agentliyi "Azərbaycan Xocalı qətliamının 25-ci ildönümünü yad edir" başlıqlı məqalə yayımlayıb. Agentliyə istinad edən "La Vanguardia", "El Confidencial" nəşrləri, Braziliyanın “uol.com.br” portalı bu məqaləyə yer ayırıb.
Xavier Riplinqin imzası ilə dərc olunan məqalədə müəllif Azərbaycanın Tərtər rayonunda, Dağlıq Qarabağdakı cəbhə xəttində gördüklərindən bəhs edir. Yazıda Tərtər rayon icra hakimiyyəti başçısının müavini R.Şabanovun Xocalı qətliamı haqqında verdiyi məlumatlar əks olunur.
Müəllif BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən qətnamələrini, 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda baş verən qətliamı insanlığa qarşı törədilmiş cinayət, hərbi cinayət kimi təfsir etdiyini xatırladır.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevdən sitat verilir: "Ermənistan beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb edən bütün qərar və qətnamələrinə məhəl qoymur. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək".
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]